Dahi Vurğunun məzarı önündə anım

0
1563

Azərbsycanımızın poeziya peyğəmbəri böyük Səməd Vurğunun haqqa
qovuşmasının 62-ci ildönümü bu il Cümhuriyyət gününün, İstiqlaliyyətimizin 100
illiyinə saatlar qalmış məqama, istirahət gününə təsadüf etmişdir. “Qazax Xeyriyyə”
İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov bu dəfə də öz ənənəvi
ziyarətindən qalmadı. Vacib bir səyahətini yarımçıq saxlayaraq yenə də yolunu
“Ağ çiçəyim” gül salonundan salaraq nəfis bir çələng və xeyli qərənfil buketi
nizamlatdırdı. Onları Fəxri Xiyabanın mərkəzində uyuyan, əzəli-əbədi fəxr yerimiz
olan Vurğunun məzarüstü abidəsinə düzdülər. Amma bu dəfə istirahət və bayram
günü olduğunu nəzərə alaraq bu ziyarəti cəmiyyət üzvlərinin iştirakı ilə kütləvi
şəkildə eləmədi. Bir qrup fəallarla hamının adından Azərbaycanın ilk Xalq şairi,
insanlıq simvolu olan Səməd Vurğun bir daha anıldı və ruhuna dualar oxundu.

PS. Biz abidə üstündə anım ziyarəti edərkən görkəmindən və danışığından
əcnəbiyə oxşayan gənc bir xanım yanında da iki azyaşlı uşaqları yanımızdan keşən zaman ayaq saxladı və rus dilində uşaqlarına dedi: “Bilirsinizmi bu kimdi? Bu, Azərbaycanın dahi şairi Səməd Vurğundu.” Balaca uşaq baxdı-baxdı və anasının əlindəki qızılgüllərdən birini qoparıb sevinclə düzdüyümüz güllərin sırasına qoydu. Onlar bizdən aralanıb gedəndə İlham müəllimin “Allah sizin balalrınızı qorusun, xanım”, deyəndə səsindəki kövrəkliyi aydınca hiss etdik.
Boyük Səməd Vurğuna dönə-dönə rəhmətlər, onu eşqlə ananlara sağlıqlar
olsun.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here