Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən Daxili İşlər Nazirliyinin əməkdaşı, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Qəzənfər oğlu İsmayılov “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından polis polkovniki Namiq Qəzənfər oğlu İsmayılovu “İgidliyə görə” medalı ilə təltif etdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və daxili işlər naziri cənab Ramil Usubova dərin təşəkkür və minnətdarlığını bildirir.
Namiq İsmayılova isə can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.
P.S. İsmayılov Namiq Qəzənfər oğlu 5 yanvar 1959-cu ildə Qazax rayonunun Qırlı kəndində anadan olmuşdur.
1976-cı ildə Həsənsu (Kirovkənd) kənd orta məktəbini bitirmişdir.
1985-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1985-ci ildən Daxili İşlər Orqanlarında – Gəncə şəhər Daxili İşlər İdarəsinin Nizami rayon Daxili İşlər Şöbəsində polis leytenantı kimi əmək fəaliyyətinə başlamış, 1993-cü ildə Gəncə şəhər Daxili İşlər İdarəsinin İstintaq Şöbəsinin rəis müavini, 1995-ci ildə Qazax rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi vəzifələrində işləmişdir. 2000-ci ildə Qazax rayon Polis Şöbəsinin rəis müavini, 2005-ci ilin iyul ayından Abşeron rayon Polis Şöbəsinin rəis müavini vəzifələrində işləmişdir.
2006-cı ilin avqust ayından Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi, 2007-ci ilin may ayından Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2009-cu ilin dekabr ayından Abşeron rayon Polis Şöbəsinin rəisi vəzifəsində,
2014-cü ilin iyun ayından Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsində işləyir.
2008-ci ildə cənab Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, 2018-ci ildə isə “İgidliyə görə” medalları ilə təltif edilmişdir.
1990 və 2004-cü ildə “Daxili İşlər Orqanlarında əla xidmətlərinə görə döş nişanları”, qüsursuz xidmətlərinə görə medalları ilə təltif edilmişdir.
Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə olunan müsbət göstəricilərə görə dəfələrlə daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən “Fəxri Fərman”larla təltif edilmişdir.