Aşıq Ədalət Qazaxda böyük el coşqusu ilə anıldı

0
1815

Qazax mahalı həmişə öz dəyərli ziyalıları və şəxsiyyətləri ilə tanınan bölgələrimizdən biri olmuşdur. Qazaxda sənətə, sənətkara, saza, sözə insanlar tərəfindən böyük sevgi və məhəbbət vardır. Qazax aşıqları içərisində Aşıq Ədalət ismi daha əziz və doğmadır. Çünki Aşıq Ədalət saz ifaçılığına görə dünyada misli bərabəri olmayan bir sənətkar olmuşdur. Dədə Ədalət nəinki Azərbaycanda, bütün türk dünyasında məşhur ozan idi. Onun saz sənətinə gətirdiyi yeniliklər minilliklər boyu sənətkarlar arasında yaşayacaqdır.

14 sentyabr 2017-ci il Dədə Ədalətin haqqın dərgahına qovuşduğu gündür. Dədə Ədalətin cismani yoxluğundan sonra onun mənəvi varlığı hər bir ədalətsevərin qəlbində möhtəşəm abidə ucaltmışdır.

Ustad Ədalət vəsiyyətinə uyğun olaraq Qazaxdakı Ağlöynək qəbiristanlığında dəfn olunmuşdur. “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri İlham Pirməmmədov və İctimi Birliyin bir çox üzvləri türk dünyasının ustad ozanının adına layiq qəbirüstü abidənin hazırlanması işinə başlamışdılar. Bu işdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və Dədə Ədalət sənətinə, irsinə, şəxsiyyətinə böyük dəyər verən Sultanxanım Nəsibovanın da böyük əməyi və fəaliyyəti olmuşdur. Sonda abidənin hazırlanması işi Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyevə həvalə olunmuşdur. Professor Natiq Əliyev Dədə Ədalət adına möhtəşəm bir abidə hazırlamışdır.

15 sentyabr 2018-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax Xeyriyyə” İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun qəbirüstü abidəsinin açılış mərasimində yaşanırdı.

Tədbirdə “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri akademik Teymur BünyadovXalq şairi Nəriman Həsənzadə“Qazax Xeyriyyə” İctimai Birliyinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Vidadi Bayramov, Rafael İncəyurd, Fikrət Hacıyev, Elxan Məmmədli, Məti Osmanoğlu, Yusif Alı Avşar, Zaməddin Ziyadoğlu, Məmməd Afşan, Qafar Sarıvəlli, Aşıq Altay, Şəmistan Nəzirli, Raliz Qaravəliyev, İbrahim İlyaslı, Vəli Xramçaylı, Bəxtiyar Rüstəmoğlu, Əhməd Hontooğlu, Arif Əliyev, Varis Yolçuyev, Avdı Qoşqar, Tural Əliyev, Tural Məmmədov, Sultanxanım NəsibovaDürdanə Vəkilova, Çiçək Mahmudqızı İlhamə QəsəbovaCığatel İsaqızı, Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm QasımlıBDU Qazax filialının direktoru professor Vüsət Əfəndiyev, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov,  İcra Hakimiyyəti aparatının işçiləri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar və KİV nümayəndələri iştirak edirdilər.

Böyük ustad Dədə Ədalətin ruhuna dua oxunduqdan tədbirə toplaşanlar abidəsi önünə gül dəstələri qoyub əziz xatirəsini böyük ehtiramla yad etdilər. Öz ürək sözlərini bildirərək böyük ustadın sazı, sözü, sənəti qarşısında baş əydilər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, Ədalət sevərləri salamlayaraq bugünkü tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün bütün Azərbaycan xalqı, eləcə də bütün qazaxlılar tarixi bir günü yaşayır. 60 ildən çox Azərbaycan mədəniyyətiə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Ədalət bu gün bütün xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, Dədə Ədalət, onun sazı, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq. Xalq nə Ədaləti, nə də onun sazının qüdrətini heç zaman unutmayacaq. Rayon rəhbəri bildirdi ki, bu gün təkcə böyük ustadın ailəsinə deyil, bütün Azərbaycan xalqına, qazaxlılara, Ədalət sevərlərə başsağlığı verirəm.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, Ədalət sevərləri salamlayaraq bugünkü tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün bütün Azərbaycan xalqı, eləcə də bütün qazaxlılar tarixi bir günü yaşayır. 60 ildən çox Azərbaycan mədəniyyətiə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Ədalət bu gün bütün xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, Dədə Ədalət, onun sazı, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq. Xalq nə Ədaləti, nə də onun sazının qüdrətini heç zaman unutmayacaq. Rayon rəhbəri bildirdi ki, bu gün təkcə böyük ustadın ailəsinə deyil, bütün Azərbaycan xalqına, qazaxlılara, Ədalət sevərlərə başsağlığı verirəm.

Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bildirdi ki, bu gün Ədalət haqqında söylənən fikirlərdən bir daha əmin oldum ki, bu gün təkcə Ədalətə deyil, saza, sözə abidə qoyulub. Bir ziyalı kimi saza, sözə verilən qiyməti görəndə xalqımla fəxr etdim. Bu gün qazaxlılar fəxr edə bilərlər ki, Dədə Ədalət xalqı tərəfindən sağlığında dəyər qazandı və tarixə düşdü. Səməd Vurğun sözdə necə öz möhrünü vurdusa, Ədalət də sazda öz möhrünü vurdu və xalqının qəlbində əbədiyaşarlıq qazandı.

Akademik Teymur Bünyadov isə böyük ustad haqqında fikirlərini bu cür ifadə etdi:

– Mən Ədalətdən söhbət açan zaman Xalq yazıçısı Mirzə İbrahimovun ustad haqqında dediyi sözlər yadıma düşür. “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünyanın mədəniyyət meydanına çıxa bilərdik”. Bəli, bu gün əminliklə deyə bilərəm ki, Azərbaycan Ədaləti ilə, təkcə onun “Yanıq Kərəmi”si ilə bütün dünyada tanınır. Budur, Azərbaycan xalqının və sözünün böyüklüyü.

Rayon rəhbərinin gördüyü işlərdən söz açan akademik onu da qeyd etdi ki, bugünkü tədbir və Ədalətə qoyulan abidə görülən bütün işlərin şah əsəri oldu. Buna görə minnətdarlığını bildirdi.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycanda Ədalət Nəsibovun anım günü deyil, ziyarətgah günüdür. Qazaxda 15 sentyabr Dədə Ədalətin ziyarət günü kimi tarixə düşdü.

Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan birlik sədri bugünkü tədbirin həmin işlərin davamı olduğunu bildirdi. Ötən həftə Xaçmazda şəxsiyyətlər parkında büstü qoyulan Dədə Ədalətin bu gün açılışını etdiyimiz abidəsinin qoyulmasını qazaxlıların öz ustadına verdiyi ən böyük dəyər kimi qiymətləndirdi.

“Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bugünkü günün bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirdi. Ədalətin təkcə sazı ilə deyil, eyni zamanda, insanlığı, şəxsiyyəti ilə xalqın qəlbində yaşadığını qeyd etdi. Ədalətə qoyulmuş abidəni, saza qoyulmuş abidə kimi qiymətləndirdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev dahi şair Səməd Vurğun haqqında deyirdi ki, o, şairlər şairidir. Bu gün isə Dədə Ədalət haqqında böyük fəxrlə deyə bilərik ki, o, aşıqlar aşığıdır. Çünki bundan sonra aşıq sənətinə neçə-neçə aşıqlar gəlsə də Ədalət hər zaman birinci olacaq.

Sonra söz Dədə Ədalət məktəbindən bəhrələnən aşıqlara verildi. Aşıq Avdı Musayev və Şaiq İncəli Dədə Ədalətin könüllər oxşayan ifalarını qəbri üstündə səsləndirdilər.

Sonda Aşıq Ədalət Dəlidağlının ifasında vaxtilə Dədə Ədalətin möhrünü vurduğu “Yanıq Kərəmi” mahnsının sədaları altında abidənin üzərindəki ağ örpək götürüldü və Ədalət sevərlər abidə qarşısında öz ehtiramlarını bir daha bildirdilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here