Qazaxda 31 Mart  Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açmış və erməni daşnaqlarının azərbaycanlılara qarşı tarix boyu apardıqları soyqırım siyasəti barədə ətraflı məlumat vermişdir. Tədbirdən əvvəl azərbaycanlıların soyqırımına həsr olunmuş filmə və sərgiyə baxış keçirilmiş, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rəcəb Babaşov sonra bildirmişdir ki, Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin tarixi 200 ildən də əvvələ gedib çıxır. Bu müddət ərzində ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımlar törətmiş, şəhərlərimizi, kəndlərimizi xarabalığa çevirmişlər. Yuzlərlə, minlərlə azarbaycanlıları qanına qəltan edən, uşaqlara, yaşlılara, xəstələrə belə rəhm etmədən ağlasığmaz işgəncələr verən erməni qaniçənləri vəhşicəsinə öldürdükləri insanların meyitlərini təhqir etməkdən, azyaşlı uşaqları və körpələri diri-diri tonqala atmaqdan belə çəkinməmişlər.
İndi 1918-ci ilin mart hadisələrindən 99 il ötür. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti 1918-1920-ci illərdə daha geniş yayılmışdır. Onlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızlıqla, vəhşicəsinə qətlə yetirmişlər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci ilin martın 31-də törədilmişdir. Həmin il martın 30-da erməni–bolşevik birləşmələrinin Bakını Xəzər dənizindən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qəddarlıqla həyata keçirilən qırğınlar kütləvi şəkil almış, silahlanmış erməni əsgərləri dinc əhalini vəhşicəsinə məhv etmişlər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 10 mindən çox, o cümlədən, Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı amansızlıqla qətlə yetirilmiş, yaşayış binaları, məscidlər və məktəblər yandırılmışdır. Lakin təəssüflər olsun ki, bu Soyqırımına uzun müddət ölkəmizdə və dünyada hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə hüquqi-siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi olaraq bildirilmişdir.
Qazax RİHB aparatının aparıcı məsləhətçisi Müşviq Pirverdiyev,baş məsləhətçilər Teybə Hüseynova və Svetlana Qurbanova, məsləhətçilər  Vəfa Cəbiyeva və Ülviyyə Namazova çıxış etmişlər
Sonda Qazax şəhər 1 saylı uşaq musiqi məktəbinin şagirdləri tərəfindən Soyqırıma  həsr olunmuş şerlər səsləndirilmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here