Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Şəhid olan hərbçimiz – Əlləzov Əlləz Ələddin oğlu 27 mart 2019-cu ildə doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunub.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, millət vəkili akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, millət vəkili Kamran Nəbizadə, millət vəkili Ülviyyə Ağayeva, Əməkdar mühəndis Qasım Abdullayev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, professor Mustafa Babanlı, professor Əhməd Vəliyev, Fuad Hacıyev, Vidadi Bayramov, general-mayor Mahmud Həmzəyev, polkovnik Namiq İsmayılov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Roman Nağıyev, Ramiz Göyüşov, Əməkdar məşqçı Firdovsi Umudov, polkovnik-leytenant Kamal Axundov, Bəhruz Əliyev, Labidə Batıyeva, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Fəridə Ləman, Dürdanə Vəkilova, Rafail İncəyurd, Həsrət Pirməmmədov, Zaməddin Həmişəyev, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, Qazax-Ağstafa mahalının bütün ziyalıları adından şəhid Əlləz Əlləzovun ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir və şəhidə Allahdan rəhmət diləyirlər.
P.S. Əlləzov Əlləz Ələddin oğlu 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirib. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.