Professor Rüstəm Kamalı doğum günü münasibətilə təbrik edirik

0
1570

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Rüstəm Kamal oğlu Rəsulovun (Rüstəm Kamal) doğum günüdür. Gözəl əsərləri, geniş tədqiatı, tənqidi fikirləri və ictimai fəaliyyəti ilə cəmiyyətdə və xüsusən də Azərbaycan ədəbiyyatında özünəməxsus nüfuz qazanan Rüstəm Kamal bu gün də yorulmadan, usanmadan elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Rüstəm Kamal hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan dili” Kafedrasına rəhbərlik edir.

Həmçinin Rüstəm Kamal dəyərli alim, ziyalı kimi daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir insandır. 

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından professor Rüstəm Kamalı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır. 

Rüstəm müəllim, biz sizinlə fəxr edirik!

P.S. Rüstəm Kamal oğlu Rəsulov 2 iyul 1962-ci ildə Rustavi şəhərində anadan olub. 1979-cu ildə Qazaxın İkinci Şıxlı kənd orta məktəbində bitirmişdir. İmmaniul Kant adına Rusiya Dövlət Universitetinin filologiya fakültəsini və  aspirantura, doktoranturasını bitirib. Filologiya elmləri doktorudur. Azərbaycanın müxtəlif ali məktəblərində müxtəlif vəzifələrdə (kafedra müdiri, dekan) çalışıb. Hazırda Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı kafedrasının professorudur. 2010-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2001, 2011-ci illərdə Prezident təqaüdçüsü, “Qızıl Kəlam” mükafatı laureatı olmuşdur. 

Bir çox monoqrafiyaların və filoloji esselərin müəllifidir. Əsərlərindən: “Oğuz ruhu: bərpa və yozum”. Bakı, 1996“Kitabi Dədə Qorqud”: “arxaik ritual semantikası”. Bakı, 1999“Kitabi Dədə Qorqud” və “İqor Polku haqqında dastan: janrın hermenevtikası”. Bakı, 2003“Ömür-inanc mətni”. Bakı, 2010“Zəlimxan Yaqub : inanc işığı”. Bakı, 2010,“Yazdan mifə” Bakı,2010“Sözü işığa danışdım” Bakı, 2012“Kitabi Dədə Qorqud” nitq janrları və davranış poetikası Bakı, 2013çap olunmuşdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here