Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib

0
2165
Filologiya elmləri doktoru Rövşən Raqif oğlu Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin və İctimai Birliyin bütün üzvləri Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır. Rövşən müəllimə etimad göstərib bu vəzifəyə təyin etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

P.S. Rövşən Məmmədov 1979-cu ildə Ağstafada anadan olub. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Rövşən Məmmədov AzTV-dən əvvəl, “Lider TV” və İctimai TV-də çalışıb. O, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim olaraq da fəaliyyət göstərib, Bir neçə dərsliyin müəllifidir.
Uzun illər Lider Televiziyasında çalışan R. Məmmədov fəaliyyətinə idman müxbiri kimi başlayıb. Daha sonra reportyor və idman şərhçisi kimi çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub.
Rövşən Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də “Günün nəbzi”, “Əsas Məsələ” və “Həftə” verilişlərini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub .

15 yanvar 2019-cu ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etməyə başlamışdır.

1985-1996 – cı illər – 24 saylı orta məktəb, Sumqayıt ş.;

1996-2000-ci illər – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi. (bakalavr);

2000 – 2002-ci illər – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi (Beynəlxalq jurnalistika kafedrası) (magistratura);

2003-2006-cı illər – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi (Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası) (aspirantura);

2009-2016-cı illər – Bakı Slavyan Universiteti, (Filologiya və jurnalistika kafedrası) (doktorantura);

20 iyul 2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Rövşən Məmmədov “Tərəqqi” medalı ilə təltif edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here