“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Fikrət Hacıyevin 55 yaşı tamam olur

0
2052

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, iş adamı Fikrət Hacıyevin doğum günüdür.

Fikrət Balaca oğlu Hacıyev 16 aprel 1965-ci ildə türk dünyasına böyük şəxsiyyətlər bəxş etmiş, sazlı-sözlü İncə dərəsinin Qaymaqlı kəndində anadan olub. Fikrət Hacıyev uzun illər dövlət qulluğunda çalışmış, sonra isə biznes sahəsində iş quraraq ölkənin ən tanınmış iş adamlarından olub.

Fikrət Haciyev daim xeyriyyəçilik işləri ilə məşğul olub. Son günlər ölkəmizdə koronavirus pandemiyasının yayıldığı bir vaxtda “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə heyətinin sədri İlham Pirməmmədovun iş adamlarına, imkanlı şəxslərə ünvanlı müraciətinə dəstək olaraq Qazax mahalında ehtiyacı olan onlarca ailənin köməyinə çatan Fikrət Hacıyev onlara madddi və mənəvi dəstək olub.

“Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində yaxından iştirak edən Fikrət Hacıyev Birliyin İdarə Heyətinin qərarı ilə “Fəxri diplom”la təltif olunub.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, akademik Nizami Cəfərov, professor Əhməd Vəliyev, Kamran Nəbizadə, professor Rüstəm Kamal, Vidadi Bayramov, Rafail İncəyurd, Kamal Axundov, İbrahim Nəbioğlu, Firdovsi Umudov, Elçin Carçıyev, Raliz Qaravəliyev, professor Məhəbbət Dəmirçiyeva, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, Məti Osmanoğlu, Yusif Alıyev, Ramiz Göyüşov, Yusif Rəhimov, Çiçək Mahmudqızı İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Fikrət Hacıyevi doğum günü, anadan olmasının 55 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.

Fikrət müəllim, sizinlə fəxr edirik!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here