Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevi doğum günü və “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edirik

0
2568

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəxri üzvü Şahin Abdulla oğlu Mustafayevin doğum günüdür. Onun 55 yaşı tamam olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlarda yaxından iştirak edən Şahin Mustafayev çalışdığı bütün vəzifələrdə daim öz bilik, bacarıq və idrəetmə qabiliyyəti ilə dövlətə, dövlətçiliyə sədaqətliliyi ilə seçilən kadr olmuşdur.

Cənab Prezidentin diqqət və qayğısı ilə icra olunan “Regionların iqtisadi inkişafı”na həsr olunmuş Dövlət Proqramlarının icrasında İqtisadiyyat naziri olaraq Şahin Mustafayevin böyük zəhməti və əməyi olmuşdur. Doğma Azərbaycanımızın digər rayonları ilə yanaşı, Qazax mahalının da iqtisadi inkişafına yönəlmiş böyük layihələrin həyata keçməsində müstəsna xidmətləri olan Şahin Mustafayev daim ölkəsinə, el-obasına, yurd-yuvasına bağlı bir insan kimi sevilib, seçilmişdir.

Şahin müəllimin iqtisadiyyat sahəsindəki ali peşəkarlığı, dövlətə sədaqəti, dövlətin iqtisadi siyasətinin icra edilməsindəki xidmətləri və yüksək insani göstəriciləri dövlət və hökümətimiz tərəfindən yüksək dəyərləndirilmiş və qiymətləndirilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Şahin Mustafayev 2006-cı ildə Vergilər nazirinin birinci müavini, 2008-ci idə İqtisadi inkişaf naziri, 2013-cü ildə İqtisadiyyat və sənaye naziri, 2016-cı ildə İqtisadiyyat naziri vəzifələrinə təyin edilmişdir. Ölkə Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Şahin Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilmişdir.

Bütün bunlar bir daha göstərir ki, Şahin Mustafayev cənab Prezidentin etimad göstərdiyi peşəkar iqtisadçı kadr kimi ölkə iqtisadiyyatının inkişafı istiqamətində yorulmadan çalışmış bir insandır.

Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Şahin Abdulla oğlu Mustafayev “Şöhrət” ordeni ilə təltif edilmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin baçısı Seymur Orucov, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Məhəbbət Dəmirçiyeva, Vidadi Bayramov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Abdulla oğlu Mustafayevi doğum günü və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordenilə təltif edilməsi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri adından hazırda Qazax mahalının İncə dərəsinin Qaymaqlı kəndində yaşayan Şahin müəllimin 88 yaşlı atası, el ağsaqqalı ABDULLA BABANI cəmiyyətə belə bir dəyərli və şərəfli oğul bəxş etdiyinə görə ürəkdən təbrik edirik.

Hörmətli Şahin müəllim, Qazax mahalının bütün dəyərli insanları, ziyalıları Sizinlə fəxr edir!

P.S. Şahin Abdulla oğlu Mustafayev 13 iyun 1965-ci ildə qədim Qazax Qəzasının Barana (indiki Ermənistanın Respublikasının Noyemberyan) rayonunun Cucevan kəndində anadan olub. Əslən Qazax rayonunun Qaymaqlı kəndindəndir.

1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib, 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000-2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003-2005-ci illərdə AR Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.

2008-2013-cü illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri, 2013-2016-cı illərdə isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilmişdir.

2020-ci ildə Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidentidir.

Ailəlidir, 3 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here