Şair Rafail İncəyurdu doğum günü münasibətilə təbrik edirik

0
1602

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü, şair, naşir, redaktor Rafail Ağakişi oğlu İsmayılovun (Rafail İncəyurd) doğum günüdür.

İxtisasca riyaziyyatçı olan, duyğulu şeirləri, gözəl redaktorluq qabiliyyəti və ictimai fəaliyyəti ilə cəmiyyətdə özünəməxsus formada nüfuz qazanan Rafail İncəyurd bu gün də öz həyat yolunu uğurla davam etdirir.

Həmçinin Rafail İncəyurd bir şair kimi el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir şəxsiyyətdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Rüstəm  Kamal, professor Məhəbbət Dəmirçiyeva, Vidadi Bayramov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, dosent Məti Osmanoğlu, Əməkdar jurnalist Varis Yolçuyev, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, Kamal Axundov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Yusif Alıyev, Nəvai Metin, Yusif Rəhimov, Səbinə Yusif və İctimai Birliyin bütün üzvləri adından rəssam Rafail İncəyurdu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Rafail müəllim, sizinlə fəxr edirik!

P.S. İsmayılov Rəfail Ağakişi oğlu (Rəfail İncəyurd) 04 iyul 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olub. 1961-1971-ci illərdə Kəmərli kənd orta məktəbini, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakultəsini bitirib, 1979-1981-ci illərdə Uzaq Şərqdə ordu sıralarında xidmət edib.

Əmək fəaliyyətinə 1971-ci ildən doğulduğu kənddəki sovxozda fəhlə kimi başlayıb. Univerisiteti bitirdikdən sonra Qubadlı rayonunun Fərcan kəndindəki orta məktəbdə iki il müəllim işləyib, sonra BDU-nun Hesablama Mərkəzində və 1986-ci ilədək Bakı şəhərinin bir sıra müəssisələrində ixtisası üzrə çalışıb. 1986-cı ildən ədəbi fəaliyyətə daha çox önəm verərək BDU nəşriyyatında redaktor, böyük redaktor, “Təhsil” nəşriyyatında redaktor, “Diplomat” nəşriyyatında baş redaktor, “Xarici Siyasət Arxivi” jurnalında Baş redaktorun müavini, “Odlar Yurdu” Universitetinin nəşriyyatında redaktor olub.

Dövrü mətbuatda 1975-ci ildən müntəzəm çıxış edir. Türkiyə və Rusiya mətbuatında da çap olunur.

200-dən çox elmi və bədii kitablara redaktorluq edib, ön sözləri və təqdimatlar yazıb.

Yeddi kitab müəllifidi: “Ömürdən oyana yollar uzanır”, “Səda”, 1996, “Könül dünyam”, “Diplomat”, 2001, “Köhnə kişilər”, “Adiloğlu”, 2004, “Köz yaşı”, “OKA-Ofset”, 2007, “15-imdən 55-ə varanda…” “İncə” nəşriyyat evi, 2009, “ÖZü SÖZə ucaltmışlar odası”, “Zərdabi LTD MMC”, 2014, “Arzuların yuvasına toxunma”, 2016 “Zərdabi LTD MMC”.

Ona qədər ayrıca kitab və topluların tərtibçisidir.

Türkiyənin Kayseri şəhərinin Erciyez univerisitetində birinci kitabı haqqında diplom işi yazılıb və elmi iş kimi müdafiə olunub.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.

Bir sıra ədəbi mükafatlar laureatıdır.

2011-ci ilin Prezident mükafatçısıdır.

Ailəlidir. Uç övladı, dörd nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here