İnsan oğlu bu dünyaya gəldiyi gündən ana bətnində alnına yazılmış taleyi, çiyinlərinə biçilmiş missiyanı yaşayır. Görkəmli fransız yazıçısı Onore de Balzakın dediyi kimi, “Həyat beşiklə məzar arasındakı sınaq müddətidir”. Bəli, ömrünü, həyatını yaxşı əməllərə, dəyərli işlərə, xeyirxahlıqlara həsr etmiş əvəzedilməz şəxsiyyətlərdən biri də Qazax mahalında hamının tanıdığı, sevdiyi, dəyərləndirdiyi Vidadi Mehrəli oğlu Bayramovdur.

Vidadi Bayramov haqqında hər kəsin danışa biləcəyi çox maraqlı həyat xatirələri var. Çünki bu insan ömrünü-gününü doğma Qazax mahalının insanları ilə bir arada keçirməyi bacaran insan olmuşdur. O, Qazax və Ağstafanın çətin günlərində camaatın yanında, müharibə od-alovunun içində cəbhədə döyüşən əsgərin yanında oldu.

Vidadi Bayramov müstəsna xidmətləri müqabilində 70 illik yubileyi münasibətilə “Qazax” Xeyriyyə Cəmiyyətinin fəxri təltifi olan “General Əliağa Şıxlinski Diplomu” ilə, 80 illik yubileyi münasibətilə “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə “Səməd Vurğun Diplomu” ilə təltif olunmuşdur.

Məhz bu əməlləri Vidadi müəllimi sağlığında ölməzliyə qovuşdurmuşdur!

“Qazax” Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri, 25 il Cəmiyyətin sədri olmuş, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin fəxri üzvü, “Qazax Xeyriyyə” İctimai Birliyi Ağsaqqallar Şurasının üzvü Vidadi Mehrəli oğlu Bayramov ömrünün 81-ci payızında haqqa qovuşmuşdur.

Vidadi Bayramov müstəqil Respublikamızın iqtisadiyyatının inkışafında böyük xidmətləri olan, Qazax mahalında böyük nüfuz sahibi olan şəxsiyyətlərdən biri idi. Vidadi müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən, ölkəsinə, dövlətinə, Prezidentinə sadiq olmuş əsl vətənpərvər insan kimi xatirələrdə yaşamağı bacarmışdır.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, general-leytenant Kərim Vəliyev, kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Həsrət Pirməmmədov, Binnət Həsənov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Namiq İsmayılov, Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Elçin Şıxlınski, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair İbrahim İlyaslı, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından “Qazax” Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü Vidadi Mehrəli oğlu Bayramovun vəfatı ilə əlaqədar Qazax mahalının sakinlərinə, ailəsinə dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə ailəsinə, yaxınlarına səbr, dözüm diləyirik.

Allah rəhmət eləsin!

 

P.S. Vidadi Mehrəli oğlu Bayramov 29 dekabr 1939-cu ildə Qazax rayonunun I Şıxlı kəndində anadan olub. 1957-ci ildə I Şıxlı kənd orta məktəbini bitirib və Ağdam Kənd Təsərrüfatı Texnikomuna daxil olub. Oranı fərqlənmə diplomu ilə bitirən Vidadi Bayramov daha sonra hərbi xidmətdə olub.1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma sənayesi” fakültəsinə daxil olaraq, mühəndis ixtisasına yiyələnib. 1969-cu ildə Azərbaycan Respublikası Təchizat Baş İdarəsində əmək fəaliyyətinə başlayıb. Həmin idarədə kiçik mühəndislikdən idarənin “Azərmaş” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə qədər yüksəlib. Bacarıqlı kadr kimi rəhbərliyin rəğbətini qazanan Vidadi Bayramov 1983-cü ildə Respublika Əhaliyə Məişət xidməti nazirinin müavini vəzifəsinə təyin olunub. 1988-ci ilədək bu vəzifədə işləmiş və 1988-ci ildə yenidən Təchizat Komitəsinin “Azərmaş” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. Sonralar ayrı-ayrı vəzifələrdə işləyən Vidadi müəllim öz bilik və bacarığını müstəqil respublikamızın iqtisadiyyatının inkişafına sərf etmişdir.1992-ci ildə Qazax Xeyriyyə Cəmiyyətinin sədri kimi fəal ictimai işlə məşğul olmağa başlayıb. O, doğma Qazax mahalında keçirilən bütün tədbirlərdə iştirak edib, öz maddi və mənəvi köməkliyini insanlardan əsirgəməyib. Qazax mahalının çətin günlərində tanınmış ziyalılarla birlikdə daim səngərlərdə olur, əsgərlərin və əhalini ruh yüksəkliyi ilə düşmən qarşısında dayanmağa səsləyirdi. Onun bu xidmətləri bu gün də qədirbilən el-obamız tərəfindən əbədi olaraq yaddaşlarda yaşayır. Yazıçı Vidadi Babanlının dediyi kimi: “igid darda tanınar, deyib ulu dədələr. Bu deyimdə böyük həqiqət var. Ötən əsrin 90-cı illərinin əvvəlləri hər bir, vətəndaş üçün həqiqi silah dövrü idi. Kimisi maddi və mənəvi köməkliklərlə vicdanlıq borcunu layiqincə yerinə yetirdi. O cümlədən el-oba təəssübkeşliyi yaddaşlara hopanlardan biri də Vidadi Bayramovdur. Mənim adaşım Qazax mahalının son dərəcə ağır düşmən hədəfinə açıq-aşkar tuş gələn vaxtlarında, özünün kimliyini yaxşı cəhətlərlə sübuta yetirdi”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here