Əməkdar məşqçi, Prezidentin fərdi təqaüdçüsü Kamal Əhmədov haqq dünyasına qovuşmuşdur

0
1966

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz vermişdir.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Qırmızı Əmək Bayrağı Ordenli, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim Əhmədov Kamal Məhəmməd oğlu ömrünün 86-cı illiyində haqqa qovuşmuşdur.

Kamal Əhmədov Qazax güləş məktəbinin fəxri yetirmələrindən və Qazax güləş məktəbinin yaradıcılarından biri olub. O, 1956-cı ildə böyük çətinliklər bahasına olsa da, Qazax şəhər 1 saylı orta məktəbdə güləş məktəbini yarada bilmişdir. Qısa zaman ərzində onun yetirmələri respublika, həmçinin Ümumittifaq və beynəlxalq yarışların qalibi olaraq SSRİ idman ustalığına layiq görülüblər.

Kamal Əhmədov 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar Bədən Tərbiyəçisi və idman xadimi fəxri adına layiq görülmüşdür.

1955-ci ildə Bakıda Səməd Vurğun və Osman Sərıvəlli Ümumittifaq Spartakiadasının keçirildiyi çempionata tamaşaçı qismində gəlmişdilər. Kamal Əhmədov yerlilərini görub daha da qürurlanaraq 10 qat Azərbaycan çempionu olan Şamaxılı Nadir Məmmədova qalib gəlir. Səməd Vurğun səhnəyə düşərək gənc güləşçi olan Kamal Əhmədovu qucaqlayıb üzündən öpur və qolundakı saatını ona bağışlayır. Həmin ildən etibarən Kamal Əhmədov nə çox, nə də az, düz 7 il çempionluq titulunu qoruyub saxlaya bilmişdir. O həmçinin keçmiş SSRİ yığma komandasının tərkibində dünyanın bir çox mötəbər güləş yarışlarında iştirak edərək 2 və 3 cü yerlərə layiq görülmüşdür.

24 iyul 2019-cu ildə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə Qazax şəhərində Əməkdar bədən tərbiyəsi və idman xadimi Kamal Əhmədovun 85 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon turniri keçirilib

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, general-leytenant Kərim Vəliyev, kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Həsrət Pirməmmədov, Binnət Həsənov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Namiq İsmayılov, Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Elçin Şıxlınski, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair İbrahim İlyaslı, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Əməkdar məşqçi Kamal Əhmədovun vəfatı ilə əlaqədar Qazax mahalının sakinlərinə, ailəsinə dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə ailəsinə, yaxınlarına səbr, dözüm diləyirik.

Allah rəhmət eləsin!

P.S. Kamal Məhəmməd oğlu Əhmədov 1934-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açıb.

Bakı Dövlət Universitetini bitirib.

Ali məktəbi bitirdikdən sonra doğma Qazax rayonuna qayıdıb.

1961-1972 ci illərdə Qazax Rayon Komsomol Komitəsinin 1-ci katibi XDS İcraiyyə Komitəsinin sədr müavini,

1987-1992-ci illərdə Qazax Rayon İdman Komitəsinin sədri işləyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here