Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədovun doğum günüdür

0
1458

Bu gün Azərbaycan təhsil sistemində tanınmış, nüfuzlu insanlardan biri olan, ömrünü təhsilə, elmə, cəmiyyətin inkişafına, insanların sevgisini qazanmağa, dövlətin və dövlətçiliyin maraqlarının qorunmasına həsr etmiş əsl ziyalı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru, Əməkdar müəllim İlham Pirməmmədovun doğum günüdür.

Qazax mahalının bütün yaş təbəqəsindən olan insanları İlham Pirməmmədov haqqında yetərincə böyük məlumata, xatirələrə, xoş söhbətlərə malikdirlər. Çünki İlham Pirməmmədov hər zaman arzulanan yerdə, arzuladığı yerdə olan qazaxlı olub. O, yüzlərlə müəllimə təhsil sahəsində yol göstərib, istiqamət verib, iş qazandırıb, onlarca tələbənin ölkədə, xaricdə təhsil almasında böyük dəstəklər verib, onların sağlam ruhda, milli dəyərlər əsasında əsl vətəndaş kimi formalaşmağına böyük köməkliklər göstərmişdir.

İlham müəllimin cəmiyyətdə qazandığı hörmət, sevgi, sayğı sağlam təməllər üzərində qərar tutmuşdur. Onun sadəliyi, insanlığı, düzlüyü, dürüstlüyü, mənəvi-əxlaqı dəyərləri hər zaman insanlar tərəfindən təqdir olunaraq böyük bir dəyər kompleksinə çevrilmişdir.

Bu gün də gendənkeçmə ənənələri davam etdirən, daim sadəliyi, səmimiliyi ilə ictimailəşməyi bacaran, ictimailəşdikcə də sosiallaşmaqdan zövq alan İlham Pirməmmədov böyük bir elin – Qazax mahalının ən nüfuzlu insanlarından biri kimi onlarca ziyalının, alimin, sənətkarın, ağsaqqalın cəm olduğu, yarandığı gündən Qazax mahalının təəssübünü çəkən, dövlətə, dövlətçiliyə xidmət edən “Qazax” Xeyriyyə İctimai Birliyi kimi önəmli bir təşkilata rəhbərlik edir.

O, daim insanları yaxşı əməllər ətrafında toplayaraq el-oba üçün, ölkəmiz üçün yaxşı işlər görməyə çağırmışdır. Ağsaqqal sözünü həmişə uca tutan, gənclərə qucaq açaraq dəstək olan bu mükəmməl insan heç zaman heç kimi diqqətdən kənarda saxlamayıb. Onun üçün bütün insanlar sevilən, dəyərləndiriləndir, yetər ki o insanın içində el-oba yanğısı, insanlıq sevgisi, dövlət təəssübü olsun. İlham Pirməmmədovun düşüncəsində barış, təfəkküründə sevgi, əxlaqında isə yaxşı əməllər təcəssüm olunaraq onu gənc yaşlarından müdriklik yoluna çəkmiş və bu yolda o kamil bir insan kimi ağsaqqallıq mərtəbəsinə ucalmışdır.

Ən çətin məqamda el-obanın yanında olaraq, cənab Prezidentin çağırışına dəstək olaraq Qazax mahalının insanlarına müraciət edərək bu ağır gündə ehtiyacı olan insanlara, həssas təbəqədən olan ailələrə dəstək olmağı, onların yanında olmalarını xahiş etdi. Onun müraciətindən sonra Qazax mahalında bu işlər daha sistemli şəkildə təşkil olundu. Bir çox insanlar yenidən bu işə qoşularaq imkansız ailələrin yanında oldular. Bu idi İlham müəllimin ucalığı, böyüklüyü, ağsaqqallığı.

44 günlük Vətən müharibəsində “Qazax” Xeyriyyə İctimai Birliyinin bütün üzvləri də müsəlləh əsgər olaraq bütün diqqətini, fəaliyyətini cəbhəyə yönəltdi ki, bu işlərin də təşkilatçılığını və idarəciliyini el-obada böyük hörmət sahibi İlham Pirməmmədov həyata keçirirdi. Birliyin adından cəbhəyə ərzaq, isti pal-paltar, yatacaq, yanacaq və tibbi ləvazimatlar göndərildi. Bundan başqa İlham Pirməmmədovun göstəriş və təlimatlarına müvafiq olaraq şəhid ailələri ziyarət olundu, qazi və yaralı əsgərlərimizə baş çəkilərək onların problemlərinin həllində yardımçı oldular. Bütün bunlar isə vətəninə, dövlətinə, millətinə, el-obasına bağlı İlham Pirməmmədovun diqqət və qayğısı sayəsində həyata keçirilirdi.

Azərbaycan reallığında ilk dəfə idi ki, rayon icra hakimiyyəti ilə ictimai birlik iş planlarında bir çox məsələlərdə, əsasən də cənab Prezidenrin imzaladığı sərəncamların icrası ilə bağlı bir araya gəlib, ümümi məsələlərə birgə yanaşsın, bir-birinin hesabat iclaslarında məlumat versin. Bu böyük birliyi də İlham Pirməmmədov şəxsi nüfuzu, dərin sadəliyi, yüksək ünsiyyətçilliyi ilə qazanmışdır.

Şüurlu həyatının yaşamını şərəflə, namusla yaşayaraq hər zaman düzü-düz, əyrini-əyri görüb, ədaləti üstün tutan əvəzsiz şəxsiyyət “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, alim, pedaqoq, professor İlham Pirməmmədovu anadan olmasının 66 illiyi münasibətilə İctimai Birliyin üzvləri adından akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycanın əməkdar incəsənət xadimi Vidadi Babanlı, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Qənirə Paşayeva Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Namiq İsmayılov, Xalq Artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Ramiz Göyüşov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər.

İlham müəllim, biz sizinlə fəxr edirik!!!

 

 

P.S. İlham Teymur oğlu Pirməmmədov 18 aprel 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977-80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalıçmışdır. 1980-84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında təhsil alıb.1984-1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə (1-ci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş mütəxəssis, Rəhbərlik yanında aparatın rəhbəri, Aparat rəhbəri, nazirin müşaviri) çalışmışdır.

1994-1998-ci illərdə Ali təhsil müəssisələri Rektorlar Şurasının məsul katibi olmuşdur. Təhsil sahəsində həyata keçirilmiş dövlət proqramlarının hazırlanmasında və icrasına nəzarətdə iştirak edib.

 

İ.Pirməmmədov 1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, fizika-riyaziyyat elmləri namizədi,riyaziyyat üzrə elmlər doktorudur. 57 elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs vəsaitinin həmmüəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.

Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin “Nəzəri mexanika” kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektor vəzifəsində çalışır.

İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Evlidir, iki övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here