Natəvan Dəmirçioğluya ağır itki üz verib

0
762

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, tanınmış yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert, “İlin qadın yazıçısı”, Prezident təqaüdçüsü Natəvan Dəmirçioğlunun bacısı Mansurova Xalidə Dəmirçi beyin qan dövranının kəskin pozulmasından (insult) dünyasını dəyişib. Xalidə Mansurova müxtəlif illərdə BDU-nun “Kitabxanaçılıq” fakültəsini və “İlahiyyat” fakültəsini bitirib. Xalidə xanım Qazax rayonunun Daş Salahlı kəndində dini məclislərdə İlahiyyatçı olaraq fəaliyyətini davam etdirib.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Natəvan Dəmirçioğluya bacısı Xalidə xanımın vaxtsız dünyasını dəyişməsindən kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verir, mərhumənin ailəsinə və doğmalarına bu ağır günlərdə Allahdan səbr, dözüm arzulayırlar.
Allah rəhmət eləsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here