Bu gün tanınmış iqtisdaçı, vergi mütəxəssisi Şöhrət Vəkilovun 60 yaşı tamam olur.
Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycanın dilbər güşələrindən olan Qazax şəhərində doğulmuşdur. O, Qazax şəhəri 1 saylı orta məktəbin məzunu olmuşdur. Ş.Vəkilov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Gəncə şəhər Maliyyə şöbəsində böyük iqtisadçı vəzifəsində işləmişdir. Hərbi xidmətdən (1978-1980) sonra Bakıya gələrək Maliyyə Nazirliyində çalışmışdır. O, burada dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksəlmişdir. Daha sonra Bakı şəhər Yasamal rayon vergi idarəsinin rəisi (1990- 1992) və maliyyə nazirinin müavini (1992-1994) olmuşdur. 1994-ci ilin martından 1999-cu ilin aprelinədək Azərbaycn Respubliksı Baş Dövlət Vergi Müfəttişliyinin (indiki Vergilər Nazirliyi) rəisi vəzifəsində çalışmışdır. O bu sahədə ən bacarıqlı mütəxəssislərdən biri sayılır.
Həmin dönəmdə Şöhrət Vəkilovun bilavasitə rəhbərliyi altında və yaxından iştirakı ilə vergi qanunvericiliyinə dair silsilə qanun layihələri işlənib hazırlanmış və Milli Məclisdə qəbul edilmişdir. Bundan əlavə, o, bir sıra mühüm qanun layihələrinə düzəlişlərin də müəllifi olmuşdur.
Göründüyü kimi, Azərbaycan müstəqilliyə qovuşduqdan sonrakı ilk onillikdə ölkənin dinamik vergi siyasətinin işlənib hazırlanmasında və bu sahədə görülən digər işlərdə Şöhrət Vəkilovun böyük əməyi və xidmətləri olmuşdur.
Şöhrət Vəkilov iqtisadi mövzularda maraqlı silsilə məqalələrin müəllifidir.
Şöhrət Vəkilov 2000-2016-cı illərdə bank sektorunda çalışmışdır. Hal hazırda Azərbaycan Respublikası Kənd Təssərrüfatı nazirinin müşaviri vəzifəsində işləyir.
Şöhrət Vəkilov “Qazax” Xeyriyyə İctimai Birliyi yarandığı gündən (1991) Cəmiyyətin bütün işlərində yaxından iştirak edərək ora öz köməkliklərini göstərmişdir. Həmçinin Şöhrət Vəkilov “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvüdür.
Bir oğul atası olan Şöhrət Vəkilov, həmçinin iki nəvə babasıdır. Oğlu Kənan Vəkilov Bakı Dövlət Universitetində Protokol şöbəsinin müdiri vəzifəsində işləyir.
Qazax XİB-yi İdarə Heyətinin üzvləri və Qazax-Ağstafa camaatı adından Azərbaycana və dünyaya görkəmli insanlar bəxş etmiş vəkilovlar soyunun layiqli davamçisi Şöhrət Vəkilovu, onun ailə üzvlərini və bütün Vəkilovlar soyunu Şörət müəllimin 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür və möhkəm can sağlığı arzulayır.
ŞÖHRƏT MÜƏLLİM, BİZ SİZİNLƏ FƏXR EDİRİK!!!