Prezident İlham Əliyev akademik Əhliman Əmiraslanovu “Şərəf” ordeni ilə təltif edib

0
370

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının”Şöhrət” ordeni laureatı, Milli Məclisin üzvü Əhliman Əmiraslanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanov “Şərəf” ordeni ilə təltif edilsin.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyi İdarə Heyətinin üzvləri adından akademik Əhliman Əmiraslanovu “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır.

P.S. Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakultəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub.
1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb.
1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş, 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır.
1992-ci ildən 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb.[10] Yeni Azərbaycan Partiyasının üzvüdür.
1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2007-ci ildən həm də universitetin Onkoloji klinikasının direktorudur.
Ə.T.Əmiraslanov 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının, həmçinin 2001-ci ildə indiki Rusiya Elmlər Akademiyasının xarici üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib. 2006-cı ildən UNESKO-nun “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESKO-nun ekspertidir.
O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib. 2010-cu il aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyanın, həmçinin “Azərbaycan Respublikasının Milli Atlası”nın tərtibi üzrə redaksiya heyətinin üzvü təyin olunub.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı və 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisdə “Sosial siyasət komitəsi”nin üzvüdür.
18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 29 iyun 2016-cı ildə UNESKO-nun “Bioetika, Elm və Texnologiyaların Etikası” üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here