Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib.
Yarışda Qazax boksçuları ilə yanaşı, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Gədəbəy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Naftalan, Ağdam, Xocalı və Daşkəsən rayonlarının idmançıları da öz güclərini sınayıb.
30 mart – 1 aprel tarixlərində keçirilən yarışda 18 şəhər və rayondan 21 komanda iştirak edib. Ümumilikdə 250-ə yaxın idmançı yarışıb.
Qazax komandasından Əli Abışov (32 kq) və Xəlil Nəzərli (42 kq) I yeri tutublar. İdmançılardan Namiq Əhmədov (34 kq), Rəvan Məmmədov (38 kq), Səid Qafarzadə (46 kq), Nihad Həsənov (48 kq), Xəlil Abdullayev (56 kq) və Pərvin Qınnayev (59 kq) II yeri qazanıblar.
Ümumiyyətlə, komanda hesabında I yerə Gəncə, II yerə Şəmkir, III yerə Qazax komandası layiq görülüblər. Qaliblər diplom və medallarla təltif olunublar.
Beləliklə, Qazax Olimpiya İdman Kompleksində boks idman növü üzrə keçirilən yarışa yekun vurulub.
Onu da qeyd edək ki, Təhsil Nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsinin məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here