Aslan Kəmərli (şair)

0
2116

Mustafazadə Aslan Müstafa oğlu (Aslan Kəmərli) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975). “Azərbaycan” qəzetinin bölgə müxbiri olub. “Qazax” Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi (1992-ci il).

HƏYATI

Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş (1949-1959), sonra kolxozda çalışmışdır (1959-1960). Bakı rabitə texnikumunda təhsilini davam etdirmişdir (1960-1963). Ordu sıralarında xidmət etmişdir (1963-1966). Əmək fəaliyyətinə “Neft daşları” qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, sonra redaktor işləmişdir (1968-1971), “Azərbaycan gəncləri” qəzeti redaksiyasının xüsusi müxbiri olmuşdur (1971-1977). M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir (1971-1976). “Pioner” jurnalı redaksiyasında məsul katib (1977-1991), “Azərbaycan” qəzetində müxbir, sonra Gəncə-Qazax zonası üzrə xüsusi müxbir olmuşdur (1992-ci ildən). “Qazax” Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi (1992-ci ildən). SSRİ jurnalistlər dəstəsinin tərkibində Türkiyədə olmuşdur. Ədəbi yaradıcılığa “Xala bənzər”, “Dənizdə şəhər” adlı ilk mətbu şeirləri ilə başlamışdır. Həmin lirik şeirləri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çapdan çıxdıqdan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir.

1992-ci il oktyabr ayının 21-də avtomobil qəzası nəticəsində vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.

ƏSƏRLƏRİ

  • 1.Kəndimizin baharı. Bakı: Gənclik, 1976, 50 səh.
  • 2.Obamıza yönüm düşüb. Bakı: Gənclik, 1979, 58 səh.
  • 3.Yadigar şəkil. Bakı: Gənclik, 1981, 100 səh.
  • 4.Ömrümə düşən işıq. Bakı: Gənclik, 1984, 145 səh.
  • 5.Yolumu gözləyən var. Bakı: Yazıçı, 1986, 130 səh.
  • 6.Babamın yüz yaşı var. Bakı: Gənclik, 1989, 135 səh.
  • 7.Ölümdən o yana. Bakı: Yazıçı, 1992, 188 səh.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here