Sabir Məmmədov beşinci dəfə “Prezident mükafatı”ı ilə təltif edildi

0
1801

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır.  Sərəncama əsasən səhnə fəaliyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

Cənab Prezidentin imzaladığı həmin sərəncamda “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, xalqımızın sevimlisi Azərbaycan Respublikasının Əməkdar Artisti, aktyor Məmmədov Sabir Novruz oğlunun beşinci dəfə Prezident Mükafatına layiq görülməsi bizi çox sevindirdi.

Bu mükafata görə cənab Prezidentə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyəti və cəmiyyətin üzvləri adından dərin təşəkkür və minnətdarlığımızı bildirir, digər mükafatçıları, o cümlədən Sabir Məmmədovu ürəkdən təbrik edir, ona can sağlığı və yaradıcılıq işlərində müvəffəqiyyətlər arzulayırıq.

P.S.

Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilmiş, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır: Xoşbəxt adam (“Park”, Rüstəm İbrahimbəyov), 1-ci ərizəçi (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Hüseyn (“Bəxt üzüyü”, Vaqif Səmədoğlu), Toğrul (“Uca dağ başında”, Vaqif Səmədoğlu), Xəlil (“Müvəqqəti ər”, Rəşid Nuri Güntəkin) və s.

1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynamışdır: Səfər (“Gecə döyülən qapılar”, Nəbi Xəzri), Kumar (“Qanqın böyük dalğası”, C.Əfruz), Fərman (“Yalan”, Sabit Rəhman), Şahmar (“Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev), Saday bəy (“Hökmdar və qızı”, İlyas Əfəndiyev), Akkanad (“Sokratı anma gecəsi”, Çingiz Aytmatov), İlus (“Burla xatun”, Nəbi Xəzri), Teymur ağa (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Novruz bəy (“Aydın”, Cəfər Cabbarlı), Sarvan (“Bu dünyanın adamları”, Hidayət), Şair (“Kəllə”, Nazim Hikmət), Horatsio (“Hamlet”, Uilyam Şekspir), M.Ə.Sabir (“Hərənin öz payı”, X.Qoca), Dulu Xaqan (“Özümüzü kəsən qılınc”, Bəxtiyar Vahabzadə), Yavuz (“Afət”, Hüseyn Cavid), Oğlan (“Qatil”, Elçin), İsgəndər (“Ölülər”, Cəlil Məmmədquluzadə), Seyid Hüseyn (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Rəşad (“İkinci səs”, Bəxtiyar Vahabzadə), Fərəc (“Boy çiçəyi”, İlyas Əfəndiyev).

Sabir Məmmədov “Kamança” (Əbdüləli), “Qaçaq Süleyman” (Murad), “Yağışdan sonra” (Əmin), “Apardı sellər Saranı” (İgid), “Qırmızı qar” (Əsgər) teletamaşalarına və “Babamın babasının babası” (Tapdıq), “Təzə evlənənlər” (Rüstəm) bədii filmlərinə çəkilib.

qazaxib.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here