Xalq şairi Nəriman Həsənzadə Heydər Əliyev Mükafatına layiq görüldü

0
5663

Azərbaycan RespublikasınınXalq şairi Nəriman Həsənzadəyə

Hörmətli Nəriman müəllim!

Doğma Azərbaycanmızın qədim söz-sənət beşiyi və maarif-mədəniyyət ocağı sayılan Qazax-Ağstafa bölgəsinin ziyalıları, Qazax Xeyriyyə İctimai Birliyi adından Sizi – çağdaş milli ədəbiyyatımızın görkəmli nümayəndəsini, ədəbi, ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti ilə millətimizə şərəf, ədəbiyyat, mədəniyyət və təhsil sahəsində ölkəmizə başucalığı gətirən əsil Azərbaycan ziyalısını ali dövlət mükafatına -HEYDƏR ƏLİYEV Mükafatına layiq görülməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, hörmət və ehtiramımızı bildirir, ən xoş arzularımızı yetiririk!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.05.2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinizə görə Sizin HEYDƏR ƏLİYEV Mükafatına layiq görülməyiniz hər bir Azərbaycan ziyalısının və vətəndaşının qəlbini fərəh hissi ilə doldurur, həyatınızın bu xoş günündə ədəbiyyatımızın inkişafı yolunda ardıcıl, gərgin və səmərəli fəaliyyətimizi yüksək qiymətləndirir, çoxları üçün əlçatmaz olan zirvələri çoxdan fəth etməyinizdən qürur hissi keçirir, ömrünüzün bu müdrik çağında Sizə daha böyük uğurlar arzulayırlar.

Əziz və hörmətli Nəriman müəllim!

Biz Qazax-Ağstafa bölgəsinin ziyalıları, həyatının mənasını doğma xalqına, dövlətinə və Vətəninə təmənnasız xidmətdə görən aydın zəkalı, nurlu şəxsiyyət, milli mənafeyi hər zaman şəxsi mənafedən üstün tutan və bütün şüurlu həyatını bu müqəddəs amal üzərində quran, qəlbi Vətən eşqi ilə döyünən vətənpərvər ziyalı, söz sənətinin böyük ustadı, ana dilimizin mahir bilicisi, ədəbiyyatımızın azman sənətkarı kimi tanıyır və dərin hörmət bəsləyirik.

Şərəfli ziyalı ömrünüzün bu müdriklik çağında Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ədəbi və pedaqoji fəaliyyətinizdə  yeni-yeni uğurlar arzulayırıq.

W1siziisijiwmtcvmduvmtevdzjucdq2mmczxzawny5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=a66e89a545fb07f5

Qeyd edək ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here