İyunun 17-də Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubilyei münasibəti ilə Ağstafa rayon ictimaiyyəti ilə birgə geniş tədbir keçirilmişdi. Tədbirdə xalq şairi Nəriman Həsənzadə ilə birlikdə ailə üzvləri, yaxın dostları, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkilləri Nizami Cəfərov və Ülviyyə Ağayeva, Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov və eləcə də bir sıra tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini böyük ehtiramla yad etdilər. Daha sonra tədbir iştirakçıları Ağstafa rayonunda yerləşən Azərbaycan xəritəsi əks olunmuş və üzərində Azərbaycanın maddi-mədəniyyət abidələri əks olunmuş “Azərbaycan parkı” ilə tanış oldular.

Daha sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkında akademik Nizami Cəfərovun maderatorluğu ilə böyük şairin şərəfinə təşkil olunmuş tədbir başladı. Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab  Məhərrəm Quliyev qeyd etdi ki, Azərbaycanın Xalq şairi, “Şöhrət ordenli”, Prezident təqaüdçüsü, Heydər Əliyev mükafatçısı,  Əməkdar incəsənət xadimi, Beynəlxalq Elmlər Akademiyasının akademiki, dramaturq, nasir, publisist Nəriman Həsənzadən 1931-ci il fevralın 18-də Ağstafamızda anadan olsa da, O, bütöv Azərbaycana mənsub oldu. Nəriman Həsənzadənin bir şair və ictimai xadim kimi tanınmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük diqqət və qayğısı  olmuşdur. Ulu öndərin qayğısı sayəsində 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru təyin olunan Nəriman Həsənzadə 1990-cı ilə kimi bu vəzifədə çalışır. Nəriman Həsənzadə Azərbaycan yazıçılarını keçmiş SSRİ məkanında təmsil edən Ədəbiyyt Fondunun da rəhbəri olmuşdur. Ulu öndər Heydər Əliyevin şairə göstərdiyi diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 2005-ci ildə  “Xalq şairi” fəxri adı verilmiş, 2011-ci ildə “Şərəf” ordeni ilə təltif olunmuş, Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür. 10 may 2017-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadəyə Heydər Əliyev Mükafatı verilmişdir.

Sonra çıxış edən Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov böyük şair Nəriman Həsənzadənin həyat və yaradıcılığından bəzi məqamlara diqqət çəkərək, Nəriman Həsənzadəni müasir dövrümüzün yaşayan canlı əfsanəsi adlandırdı. Professor İlham Pirməmmədov qeyd etdi ki, Nəriman müəllimin şəxsiyyətindən də, yaradıcılığından da həmişə dövlətə, millətə sadiqlik, el-obaya bağlılıq hiss olunur. O daim öz əsərlərində vətənə, dövlətə, xalqa, insanlara sevgi ruhunu aşılayıb – deyən İ. Pirməmmədov Nəriman Həsənzadənin hər zaman Qazax Xeyriyyə İctimai Birliyinin də ən aktiv üzvü olduğunu bildirdi.

Daha sonra çıxış edən akademik Teymur Bünyadov, millət vəkil Ülviyyə Ağayeva, professor İbrahim Quliyev, şairlər Barat Vüsal, Rafail İncəyurd, Ələddin İncəli və başqaları şairin həyat və yaradıcılığı haqqında geniş bəhs etdilər.
Tədbirin sonunda  öz ürək sözlərini şerlərin dili ilə ifadə edən şair ona, hər zaman göstərilən yüksək diqqət və qayğıya görə ulu öndər Heydər Əliyevə, onun uğurlu davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycanın birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını bildirdi.
Tədbir bütün ağstafalılara və qonaqlara xoş ovqat və sevinc bəxş etdi.

Tədbirdə Qazax Xeyriyyə İctimai Birliyinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov üzvlər Vidadi Bayramov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Qasım Abdullayev, professor Vüsət Əfəndiyev, Xalq artisti Tariyel Qasımov, Kamal Axundov, Rüstəm Kamal, Yusif Alıyev, Natavan Dəmirçioğlu də iştirak etmişdir.
Ağstafa Rayon İcra Hakimiyyəti. adlı şəxsin şəkli.

Ağstafa Rayon İcra Hakimiyyəti. adlı şəxsin şəkli.

Ağstafa Rayon İcra Hakimiyyəti. adlı şəxsin şəkli.

Ağstafa Rayon İcra Hakimiyyəti. adlı şəxsin şəkli.Ağstafa Rayon İcra Hakimiyyəti. adlı şəxsin şəkli.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here