Ustad yazıçı İsa Muğannanın doğum günü qeyd edildi

0
2439

12 iyun 2017-ci il tarixdə Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor, Azərbaycanın Əməkdar incəsənət xadimi, “İstiqlal” ordeni laureatı, “Nəsimi” mükafatının ilk laureatı İsa Muğannanın (Hüseynov) doğum günü münasibətlə Qazax Xeyriyyə İctimai Birliyinin və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Fəxri Xiyabanda böyük ədibin məzarı önündə tədbir keçirilmişdir. Həmçinin orada yazıçı Şəmil Sadiqin ustad sənətkarın yaradıcılığına həsr edilmiş “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” monoqrafiyasının təqdimatı da olmuşdur.

Tədbiri giriş sözü ilə açan Qazax Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədov İsa Muğannaın həyat və yaradıcılığından bəhs edərək İsa Muğannanı müasir dövrün ən böyük yazarlarından biri kimi qəbul etdiyini bildirdi.

Sonra İsa Muğanna yaradıcılığı haqqında geniş söz açan akademik Nizami Cəfərov İsa Muğannanın yazdığı əsərlərin Azərbaycan ədəbiyyatındakı yeri haqqında danışdı.

Daha sonra yazıçı Şamil Sadiq İsa Muğannanın “İdeal” əsərinin təsirindən öz yaradıcılığında geniş istifadə etdiyini bildirdi. O qeyd etdi ki ustadın ruhuna ithaf etdiyi “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” monoqrafiyasının mənbəyi də məhz bu sevgidən yaranmışdı.

Sonra tənqidçi, ədəbiyyatşünas professor Rüstəm Kamal, şair-publisist Rafail İncəyurd və digərləri İsa Muğanna yaradıcılığındakı qeyri-adilikdən, ruhlar aləminə sirayət edən detallardan danışaraq ustadın yaradıcılığının hələ bundan sonra çox araşdırmaçılarının olacağı qeyd etdilər.

Daha sonra Aşıq Avdinın ifasında ustadın ruhunun şərəfinə bir “Ruhani” havası səsləndi.

Şəmil Sadiq Shamil adlı şəxsin şəkli. Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.

Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.

Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.

Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.Şəmil Sadiq Shamil adlı şəxsin şəkli.

Qeyd edək ki, İsa Muğanna 12 iyun 1928-ci ildə Qazax rayonunun Muğanlı kəndində anadan olub. 1 aprel 2014-cu ildə 85 yaşında dünyasını dəyişmişdir.

Əsərləri:

  1. Bizim qızlar (pyes), 1953
  2. Dan ulduzu (pyes), 1955
  3. Hekayələr, 1957
  4. Yanar ürək (pyes), 1960.
  5. Doğma və yad adamlar (roman), 1962.
  6. Teleqram (pyes), 1963.
  7. Yanar ürək (roman), 1965.
  8. Tütək səsi (pyes və hekayələr), 1965.
  9. Pyeslər, 1967.
  10. Kollu koxa (pyes və hekayələr), 1969.
  11. Ömrümdə izlər, 1971.
  12. Saz (pyeslər), 1971.
  13. Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
  14. Yanar ürək, Doğma və yad adamlar, 1979.
  15. Məhşər (roman), 1979.
  16. İdeal (roman), 1985.
  17. Qəbiristan
  18. Cəhənnəm (roman), 2013

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here