Prezident İlham Əliyev Alı Qocayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

0
2982
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alı Qocayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Alı İbrahim oğlu Qocayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Alı Qocayevi bu yüksək təltif münasibətilə Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyəti adından və Qazax-Ağstafa ictimaiyyəti adından təbrik edir, ona gələcək işlərində uğurlar və can sağlığı arzu edirik.
P.S. Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsini bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968-1992-ci illərdə “Bakı Su Kəməri” İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992-1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirib.
1997-2000-ci illərdə “Abşeron Regional Səhmdar Su” Cəmiyyətinin vitse-prezidenti, 2000-2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Üç övladı, yeddi nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here