Aşıq Ədalətin yas mərasimi “Heydər” məscidində baş tutacaq

0
1703

Xəbər verdiyimiz kimi Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkarı Aşıq Ədalət 14 sentyabrı 2017-ci ildə haqqın dərgahına qovuşmuşdur. Böyük sənətkarla vida mərasimi Qazax Mədəniyyət Mərkəzində təşkil edilmişdir. Öz vəsiyyətinə uyğun olaraq Dədə Ədalət 15 sentyabr 2017-ci ildə Qazax rayonunda, Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyindən verilən məlumata görə 17 sentyabr 2017-ci ildə (bazar günü) Bakı şəhərindəki “Heydər” Məscidində ustad Aşıq Ədalət üçün yas mərasimi keçiriləcək.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here