Əməkdar mühəndis Qasım Abdullayevin 60 yaşı tamam olub

0
1809
“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, texnika elmləri doktoru, “Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım İsrafil oğlu Abdullayevin 60 yaşı tamam olmuşdur.
“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, texnika elmləri doktoru Qasım Abdullayevi anadan olmasının 60 illik yubileyi münasibətilə “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvləri və İctimai Birliyin bütün üzvləri adından təbrik edib ona can sağlığı, uzun ömür arzulayırıq. 
Qasım Abdullayev “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi hər zaman təəsübkeş ziyalı olaraq daim Cəmiyyətin bütün tədbirlərdə yaxından iştirak etmişdir. 
 
Qeyd edək ki, “Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım İsrafil oğlu Abdullayevin 60 illik yubiuley tədbirinin keçirilməsi “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyət planına daxil edilmişdir. Yaxın vaxtlarda tədbirin keçiriləcəyi vaxt və yer haqqında İctimai Birliyin üzvlərinə müvafiq məlumatlar veriləcək.
 
P.S. Əslən Qazax rayonunun Muğanlı kəndindən olan Qasım Abdullayev 10 oktyabr 1957-ci də Tovuz rayonunun Aşağı Quşçu kəndində ziyalı ailəsində anadan olub. Atası Abdullayev İsrafil və anası Abdullayeva Nuriyyə bir müddət Aşağı Quşçu kənd orta məktəbində, sonradan isə Muğanlı kənd orta məktəbində müəllim işləmişdilər.
Q.Abdullayev Muğanlı kənd orta məktəbini bitirdikdən sonra 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinə qəbul olub və 1980-ci ildə oranı körpü və tunellər ixtisası üzrə bitirib.
Qasım Abdullayev əmək fəaliyyətinə 1980-ci ildə “Bakımetrotikinti” İdarəsində 7 nömrəli Tunel dəstəsində növbə rəisi vəzifəsində başlayıb. O, 1983-1993-cü illərdə “Bakımetrotikinti” İdarəsində sahə rəisi, 1993-1996-cı illərdə “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Tamamlama İşləri İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb. 1996-cı ildə həmin idarənin rəisi təyin edilib və 1999-cu ilədək həmin vəzifədə çalışıb. 1999-cu ildə “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin edilib və 2014-cü ilədək bu vəzifədə uğurla çalışmışdır.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 oğlu, 1 qızı və 4 nəvəsi var. 
 
Qasım Abdullayevin fəaliyyəti dövründə Bakı Metropoliteninin “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, “Avtovağzal” və “Əcəmi-2” kimi böyük stansiyaların inşası həyata keçirilmiş və tamamlanaraq əhalinin istifadəsinə verilmişdir. Bundan başqa “Elmlər Akademiyası” metro stansiyasının tikintisi, Prezident Administrasiyası və Musiqili Komediya Teatrı binalarının, Şəhidlər Xiyabanının mərmər üzlüklərlə üzlənməsi, eləcə də “Həzi Aslanov” metro stansiyasının bəzək-tamamlama işləri, Tovuz şəhərində 2 yeraltı tunel-keçidin tikintisi həyata keçirilmişdir. 
Qasım Abdullayev metro tikintisi sahəsində praktik işlərlə yanaşı, həm də elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. O, 2001-ci ildə Moskva Dövlət İnşaat Universitetinin aspiranturasına daxil olaraq metro-tunel tikintisi sahəsində elmi tədqiqat işləri aparmışdır. 2003-cü ildə Moskva şəhərində “Xətt boyunca olan qurğularda işin təşkilinin etibarlılığı” mövzusunda dissertasiya işi müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. O, 2008-2012-ci illərdə Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin İnşaat İnstitutunun doktoranturasında elmi-tədqiqat işləri apararaq 2016-cı ildə “Xətt boyu yerləşən qurğuların tikintisinin idarə olunmasının təşkilatı-texnoloji etibarlılığının nəzəri əsasları” mözvusunda dissertasiya işi müdafiə edərək Texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. Onun yeraltı tunellərin tikintisinin təşkilində təşkilatı-texnoloji problemlərin və tapşırıqların etibarlı həll edilməsi ilə bağlı təqdim etdiyi elmi yeniliklər təcrübədə uğurla sınaqdan keçirilmişdir. Q.Abdullayev Azərbaycan Respublikasında metro-tunel tikintisi sahəsində yeganə elmlər doktorudur. Həmçinin o, 2007-2011-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş və Azərbaycan İnşaat Mühəndisləri Universitetində bakalavr və magistrlərə mühazirə oxumuşdur.
Qasım Abdullayevin metro-tunel tikinti inşaatı sahəsində gördüyü işlər ölkə prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2007-ci ilin noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 10 aprel 2017-ci il tarixdə isə Qasım Abdullayev Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir.
 
 Yusif İmrayıl Oğlu Alıyev adlı şəxsin şəkli.
Yusif İmrayıl Oğlu Alıyev adlı şəxsin şəkli.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here