Kamran Nəbizadə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib

0
4639

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC) yaradılması haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, səhmləri dövlətə məxsus olan “ASK” ASC dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.

Fərmana əsasən “ASK” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Qurumun strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və nizamnaməsi ilə Müşahidə Şurasına həvalə edilmiş digər səlahiyyətləri “ASK” ASC-nin Müşahidə Şurası həyata keçirəcək.

Dövlətimizin başçısının sərəncamları ilə Natiq Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Kamran Nəbizadə isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov və İctimai Birliyin üzvləri yeni vəzifə təyinatı münasibətilə hörmətli millət vəkili Kamran Nəbizadəni təbrik edir, ona yeni vəzifəsinin icrasında uğurlar arzulayırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here