Dövlət Bayrağı Gününüz qutlu olsun!

0
3891

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Azərbaycan xalqını və Qazax mahalının dəyərli insanlarını Dövlət Bayrağı Günü münasibətilə səmimqəlbdən təbrik edir.

Hər bir dövlətin varlığının təcəssümü olan BAYRAQ onun müstəqilliyinin, əzəmətinin ifadəsidir. Canımız Azərbaycanın da müstəqilliyinin, suverenliyinin, əzəmətinin təcəssümü üçrəngli, ay ulduzlu dövlət bayrağımızdır.

Yaşasın müstəqil, suveren Azərbaycanın göylərdə dalğalanan üçrəngli DÖVLƏT BAYRAĞI!

 

P.S. Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə Milli bayraq kimi qəbul edilmişdir.

Rəsmi olaraq Milli Bayraq, yenidən 72 il sonra Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 17 noyabr 2009-cu ildə imzalanmış sərəncama əsasən hər il 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət başçısı həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında təklifinə əsasən Dövlət Bayrağı Günü Azərbaycanda qeyri-iş günüdür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here