Professor Məhəbbət Dəmirçiyevanı 60 ilik yubiley münasibətilə təbrik edirik

0
1522

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü, Bakı Dövlət Universiteti Müklü hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyevanın anadan olmasının 60 ili tamam olur.

M.Dəmirçiyeva 10 noyabr 1957-ci ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuşdur.

Professor Məhəbbət Dəmirçiyeva ömrünün gözəl illərini elmə, təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Onun əsas elmi tədqiqat sahəsi ailə hüququ və mülkü hüquq sahəsinə aid olduğundan onu cəmiyyətdə, sosial sferada daha yaxşı tanıyırlar. O, mütəmadi olaraq mətbuatda, televiziya və radioda tez-tez çıxışlar edərək sadə vətəndaşların üzləşdikləri problemlərlə bağlı qanunvericiliklə tənzimlənən məsələlərdən danışır, ona ünvanlanan çoxsaylı suallara və problemlərə aydınlıq gətirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər dövlət qurumları ilə və ölkədə fəaliyyət göstərən QHT-lərlə birgə proqramlar hazırlayıb layihələr həyata keçirir. Bu tip layihələrin və proqramların həyata keçirilməsi zamanı hüquqi məsələlərdə, elmi mülahizələrdə daim öz kömək və məsləhətlərini əsirgəməyən professor Məhəbbət xanım Dəmirçiyeva hər zaman öz aktivliyi ilə fərqlənən alimlərdən olub.

60 illik yubiley münasibətilə professor Məhəbbət Dəmirçiyevanı “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin və İctimai Birliyin üzvləri adından təbrik edir, ona can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.

Şərəfli alim ömrü - FOTO

P.S. Məhəbbət Dəmirçiyeva 1964-1974-cü illərdə Daşsalahlı kəndində 1 №-li orta məktəbində oxumuşdur.
1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.
1981-1987-ci illərdə Türkmənistan SSR Nebet-Daq şəhərində gənc mütəxəssis kimi çalışmışdır.
O, 1996-cı ildə Tbilisi Dövlət Universitetində «Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.

2003-cü ildə yenidən Tbilisi Dövlət Universitetində «Azərbaycan Respublikasında nigah hüquq münasibətlərinin aktual problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və 2008-ci ildə isə AR Prezidenti yanında AAK-sı tərəfindən nostrifikasiya olunmuşdur.
Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının professoru vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here