15 noyabr 2017-ci ildə Ağstafa şəhər “Yazıçılar Evi”ndə  Salatın Əhmədli və Rövşən Babanlının müəllifi olduğu “Qazax Mahalının alimləri” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq “Qazax Mahalının Alimləri” kitabının ərsəyə gəlməsində əməyi olan  hər kəsə  minnətdarlığını bildirdi.  L.Eyyubova kitabın əhəmiyyətindən danışaraq bu cür əyani vəsaitlərin gələcək nəsillər üçün böyük bir tövhə olduğunu bildirdi. Sonra rayon Ağsaqqalar Şurasının sədri Firdovsi Heydərli, Azərbaycan Yazıçılar Birliyi Qazax  Zona filialının sədri Barat Vüsal, professor Məhəbbət Dəmirçiyeva, professor Rüstəm Kamal, fəlsəfə doktoru Natavan Dəmirçioğlu  rayon ziyalısı Qalib Cəfərov  və digərləri çıxış edərək alimlərimizdən bəhs edən bu kitabdan və  ümumilikdə ölkəmizdə biliyə, elmin inkişafına, alimlərə göstərilən yüksək dövlət qayğısından bəhs etdilər.  Öz növbəsində kitabın müəllifi Salatın xanım Əhmədova da çıxış edərək hər kəsə təşükkür etdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here