Dekabr ayının 17-də Qazaxda Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Qazax Xeyriyyə” İctimai Birliyinin iştirakı ilə Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax RİHB Aparatının məsul işçiləri, “Qazax Xeyriyyə” İctimai Birliyi İdartə Heyətinin sədri professor İlham Priməmmədov, Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisinin deputatı Ülviyyə Ağayeva, şair, İctimai Birliyin üzvləri “Şur” nəşriyyatının direktoru Musa Ələkbərli, filologiya elmləri doktoru Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı Gülamayıl Murad, filologiya elmləri üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, şair-jurnalist Məmməd Əfşan, Xalq şairinin oğlu, professor Babək Qurbanov, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şairlər, yazıçılar, KİV nümayəndələri iştirak edib.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib
Poeziya bayramından əvvəl tədbir iştirakçıları İkinci Şıxlı kənd məzarlığına gələrək Xalq şairi Osman Sarıvəllinin qəbrini ziyarət ediblər. Ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Qəbiristanlığın girişində məktəblilər şairin şeirlərini oxuyublar. Qeyd edək ki, şairin məzarı Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən yenidən qurularaq, ətrafında abadlıq işləri aparılmışdır.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib
Bu haqda Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal məlumat verərək Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən məzarlıqda təmir-bərpa işləri aparıldığını qeyd edərək bildirdi ki, bu da qazaxlılara verilən ən böyük dəyər kimi qiymətləndirilir.
Sonra tədbir iştirakçıları rayon rəhbərliyi tərəfindən məzarı ətrafında təmir-bərba işləri aparılmış Eldar Nəsiblinin qəbrini ziyarət edərək ruhuna dualar oxuyublar.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilibQazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Məzarlığı ziyarətdən sonra Yuxarı Salahlıda Səməd Vurğunun Poeziya Evində olan qonaqlar dahi şairin heykəlini ziyarət edib, muzeylə tanış olublar. Qonaqlara muzeydə əsaslı şəkildə aparılan təmir və yenidənqurma işləri barədə geniş məlumat verilib.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilibDaha sonra poeziya bayramı Ədəbiyyat Muzeyində davam etdirilib. Qonaqlar öncə muzeyin girişində Xalq şairinin kitablarından ibarət sərgi ilə tanış olublar.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

 

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilibQazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramını giriş sözü ilə açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb, bayram münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

O qeyd edib ki, Osman Sarıvəllinin qazandığı sevgi heç şübhəsiz, bundan sonra da hələ çox yüz illər yaşayacaq və Osmansevərlər onu xoş xatirələrlə yad edəcəklər.

Sonra Xalq şairinin həyat və yaradıcılığından bəhs edən, onun haqqında söylənmiş qiymətli fikirlərin yer aldığı film nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal Xalq şairinin həyatı, yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, Osman Sarıvəllinin ilk kitabı 1934-cü ildə “Dəmir sətirlərim” adı altında oxuculara təqdim edilib.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Poeziya bayramında “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri professor İlham Pirməmmədov çıxış edərək Osman Sarıvəlli yaradıcılığı haqqında öz ürək sözlərini qeyd edərək şairin bundan sonra da yaddaşlarda əbədi yaşayacağını söylədi. Daha sonra akademik Teymur Bünyadov, Milli Məclisin deputatları akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, filologiya elmləri doktoru Rüstəm Kamal, şair, “Şur” nəşriyyatının direktoru Musa Ələkbərli, şair-jurnalist Məmməd Əfşan, filologiya elmləri üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, AYB-nin əməkdaşı Gülamayıl Murad çıxış edərək böyük şaiurin həyat və yaradıcılığından, şairlə bağlı xatirələrini danışıblar. Qeyd ediblər ki, Osman Sarıvəlli böyük şair olduğu kimi, həm də qüdrətli tərcüməçi idi. Sənətkar Nizami Gəncəvi, Viktor Hüqo, Puşkin, Nazim Hikmət kimi yazıçıların əsərlərini dilimizə tərcümə edib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib
Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib
Poeziya bayramında tədbir boyunca aşıqlardan Camoy Qurbanov, Hüseyn Kəmərli, Samir Allahverdiyev, Şahin Süleymanov saz havaları üstündə şairin şeirlərini oxuyublar.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Sonra tanınmış rəssam Qafar Sarıvəlli Xalq şairi Osman Sarıvəlliyə həsr etdiyi portreti şairin oğluna təqdim edib.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Qazax Dövlət Dram Teatrı aktyorlarından Zəmanə Dərvişova və Hacı Hacıyevin  ifasında “Gətir oğul, gətir” poemasından bir parça ifa olunub.

M.Hüseyn adına məktəb-lisey və İkinci Şıxlı kənd tam orta məktəbin şagirdləri tərəfindən Xalq şairinin bir-birindən gözəl şeirləri səsləndirilib.

Xalq şairinin oğlu, Türkiyədəki ali məktəblərin birində çalışan professor Babək Qurbanov çıxış edərək atasına verilən yüksək dəyərə və bu cür yüksək səviyyədə tədbirin keçirilməsinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova və iştirakçılara öz adından, ailəsi adından, xüsusilə də Osmansevərlər adından öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün bizim ailə üçün əsl bayramdır. Biz sevinirik ki, atama bu cür dəyər verilir. Onun adı daim yüksəklərdə tutulur. Mən şairin oğlu və bir elm adamı kimi Ölkə Başçısı İlham Əliyev cənablarına sonsuz təşəkkürümü çatdırıram ki, şairlərimizə, yazıçılarımıza, ədəbiyyat adamlarına hər zaman böyük önəm verir, diqqət və qayğı göstərir. Bu gün atam Osman Sarıvəllinin həyatına, yaradıcılığına həsr olunmuş poeziya bayramı bunun ən bariz nümunəsidir.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

Poeziya bayramı Eldar Nəsiblinin “Bura Qazaxdı, oğlum” şeirinin saz ifasındakı sədaları altında başa çatıb.

Qazaxda Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib

P.S. Materialın hazırlanmasında göyəzən.az saytının məlumatlarından istifadə olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here