Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür

0
543

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Onun 56 yaşı tamam olur. 

Картинки по запросу İlham əliyev

Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin gərgin və yorulmaz əməyi sayəsində Azərbaycan regionda və dünyada lider dövlətə çevrilmişdir. Ölkəmiz bir-birinin ardınca sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti sayəsində regionda dünya əhəmiyyətli layihələr həyata keçirilərək, Azərbaycan sərmayə yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir.

Картинки по запросу ilham əliyev davos

Onun siyasəti sayəsində Azərbaycan BMT Təhlüksəsizlik Şurasının 15 üzvündən biri olmuşdur, Azərbaycanın süni peykinin orbitə buraxılması ilə Azərbaycanın adı kosmik ölkələr sırasına daxil olmuşdur, nəhəng Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşasının başa çatdırılması ilə Azərbaycan dünyanın iqtisadi və siyasi səhnəsində sönməz bir ulduz kimi parlamışdır.

Картинки по запросу ilham əliyev azərbaycan peyk

Картинки по запросу ilham əliyev qars

Bu gün Prezident cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qoşa qanad kimi Azərbaycanı zirbələrə ucaldırlar. Azərbaycan mədəniyyətini, Azərbaycan iqtisatiyyatını, Azərbaycan siyasətini daxildə və xaricdə böyük ləyaqət və məhəbbətlə təbliğ edərək xalqımızın qədim keçmişindən bu gününə kimi keçdiyi həyat yolunu dünyaya örnək göstərirlər.

Картинки по запросу ilham əliyev mehriban

Bundan başqa cənab İlham Əliyevin ordu quruculuğunda apardığı böyük işlərin, zabit, gizir və əsgərlərin mənəvi-psixoloji ruh yüksəkliyinin bariz nümunəsi tarixə Aprel döyüşləri kimi düşən 2016-cı ilin aprel ayında baş verən müharibədə əyani göründü. Strateji cəhətdən əhəmiyyətli olan Lələtəpə yüksəkliyinin düşməndən geri alınması ilə Azərbaycan əsgəri qalibiyyət qazanaraq sərhədboyu ərazilərimizi düşmən nəzarətindən azad etdi. İşğaldan azad edilən Cocuq Mərcanlı kəndinin Prezidentin nəzarətilə yenidən qurulması dünyaya Azərbaycan reallıqlarının bir daha nümayişi oldu. Biz inanırıq ki, çox yaxın gələcəkdə biz Qarabağı bütünlüklə düşməndən azad edəcəyik. Üçrəngli bayrağımız Cocuq Mərcanlıda olduğu kimi, Xankəndində, Şüşada, Xocalıda, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Ağdamda, Füzulidə, Ağdərədə, Xocavəddə də dalğalanacaq.

Картинки по запросу İlham əliyev ordu

Cənab İlham Əliyevin Qazax mahalına göstərdiyi diqqət və qayğı hər bir qazaxlı və ağstafalının rəğbəti və məhəbbəti ilə qarşılanır. Bu gün Qazax və Ağstafada cənab Prezidentin sərəncamları ilə təyin olunan icra başçıları hörmətli Rəcəb Babaşov və hörmətli Məhərrəm Quliyevin bu rayonlarda bir-birinə dəstək olaraq gördükləri böyük quruculuq, abadlıq işləri sayəsində hər iki rayon öz qədimliyini saxlayaraq, dünyanın ən gözəl şəhərlərinə çevrilmişdir.

Картинки по запросу ilham əliyev Ağstafada Azərbaycan Parkı şairlər

W1siziisijiwmtuvmdyvmtuvogv4cwrzehjyzl8xmtg3my5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=c8b1e10139594704

Qazax və Ağstafada əhalının sosial rifahı günü gündən yaxşılaşır. Yeni sənaye müəssisələrinin tikilməsi, kənd təsərrüfatı imkanlarının genişləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi ilə bölgədə yeni iş yerlərinin yaradılmasına, əhalinin yaşayışının yaxşılaşdırılmasına nail olunmuşdur. Məhz bütün bu uğurlar cənab Prezidentin diqqət və qayğısının təzahürüdür.

Картинки по запросу İlham əliyev qazaxda

Картинки по запросу İlham əliyev Ağstafada

Картинки по запросу İlham əliyev qazaxda

Картинки по запросу İlham əliyev Ağstafada

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin üzvləri adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir. Dövlətimizin müstəqilliyinin əbədiliyi, ölkəmizin uğurlu gələcəyi naminə qədribilən Azərbaycan xalqına sülh, əminamanlıq və firavanlıq arzulayır.

Картинки по запросу ilham əliyev Əhməd Vəliyev

Əminliklə bildiririk ki, Qazax mahalının bütün ictimai-siyasi xadimləri, ziyalıları, sənətkarları, zəhmətkeş insanları hər addımınızda sizinlə birgə olaraq, Sizin uğurlu siyasətiniz ətrafında yumruq kimi birləşmişik.

Похожее изображение

Картинки по запросу firdovsi umudov prezident olimpiya komitəsi 25 illik

P.S. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ.Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2013-cu il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə dövlət başçısı seçilib.

Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Ailəlidir, 2 qızı, 1 oğlu var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here