Arzu Daşdəmirovu doğum günü münasibətilə təbrik edirik

0
1092

 

Mart ayının 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fizika və Texnologiya” fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi Arzu Oruc oğlu Daşdəmirovun doğum günü olmuşdur. A.Daşdəmirov 2016-ci ildə ADPU-nun rektoru professor Cəfər Cəfərovun əmri ilə “Fizika və texnologiya” fakültəsinin dekanı təyin olunduqdan sonra fakültədə köklü islahatlar aparmış, professor-müəllim heyətinin hazırlıq səviyyəsinin yüksəldilməsi, müasir innovativ yeniliklərin tətbiqi yönündə əsaslı işlər görmüşdür. Həyata keçirdiyi uğurlu işlər sayəsində qısa müddət ərzində fakültənin professor-müəllim heyətinin və tələbələrin dərin rəğbətini qazanaraq 2017-ci ildə baş tutan dekan seçkisində yekdilliklə fakültənin dekanı vəzifəsinə seçilmişdir. 
Həmçinin Arzu Daşdəmirov bir qazaxlı kimi “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində mütamadi olaraq yaxından iştirak edən ziyalıdır.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından fizika-riyaziyyat elmləri namizədi Arzu Daşdəmirovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır.

P.S.

Arzu Oruc oğlu Daşdəmirov 7 mart 1967-ci ildə Qazax rayonunun Xanlıqlar (Musaköy) kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə Xanlıqlar kənd orta məktəbini əla qiymətlərlə bitirib.
1985-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olub.
1985-1987 illərdə hərbi xidmətdə olub.
1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.
1995-ci ildə BDU-nun Ümumi fizika kafedrasının aspiranturasına daxil olmuşdur.
1997-ci ildə “KI və NaCl molekullarinin çətinəriyən metallarin (Ir, Re) üzərində səthi ionlaşmasi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır.
2014-cü ildən Bakı Dövlət Universitetində elmlər doktoru hazırlığının dissertantura yolu ilə doktorantıdır.
55 elmi məqalənin, 1 kitabın, 2 proqramın müəllifidir.
1992-2016-ci illər – BDU-nun “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasında baş laborant, müəllim vəzifələrində çalışmışdır.
4 noyabr 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun əmri ilə “Fizika və texnologiya” fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə seçki yolu ilə həmin fakültənin dekanı seçilmişdir. 
Evlidir. Bir oğlu, bir qızı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here