Ağstafa rayonunda Novruz bayramı şənliyi keçirilmişdir

0
448

Xalqımızın qədim və milli bayramlarından olan Novruz bayramı Ağstafa rayonunda da böyük təntənə və coşqu ilə qeyd olunmuşdur. Belə ki, Şəhər Musiqi Mərkəzində təşkil olunan bayram tədbiri uzun müddət yaddaşlardan silinməyəcək. Çünki sakinlər mərkəzin qarşısındakı geniş meydanda yerli sənətkarların və uşaqların əl işlərindən ibarət təşkil olunmuş sərgilərə, Novruzun rəmzləri olan kosa və keçəlin, bahar qızın iştirakı ilə kompozisiyalara, milli folklor nümunələrimizə tamaşa edərkən, uşaqların təqdimatında şeir və mahnıları dinlərkən doğma vətənimizin bir parçası olan gözəl Ağstafanın necə istedadlar yetişdirdiyinin canlı şahidi oldular. Gənc qol güləşçilərinin, kiçik karateçi və pəhləvanların nümunəvi çıxışları da tədbir iştirakçılarına xoş təsir bağışladı. Sonra xalq artisti Tariyel Qasımov, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, rayon ağsaqqalları Əli Hüseynov və Fərhad Əliyevlə birlikdə meydanın mərkəzində bayram tonqalı alovlandırıldı.

Bayram tədbiri Musiqi Mərkəzinin böyük akt zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev hər kəsi ürəkdən təbrik edərək Novruz bayramının tarixindən və əhəmiyyətindən geniş bəhs etdi. Qeyd olundu ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, gözəl el bayramıdır. Bu bayram hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Bu həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il olduğu kimi bu il də bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, tonqal alovlandırması hər bir azərbaycanlının bayram ovqatını daha da artırır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil  edilmişdir.

Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

Tədbirdə “Qazax Xeyriyyə İctimai Birliyini geniş nümayəndə heyəti ilə iştirak etmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here