Qazax rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub

0
1607

Novruz bayramı münasibətilə Qazax rayonunda ümumrayon şənliyi keçirilib. Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal çatılıb. Rayon sakinlərində xoş əhval-ruhiyyə yaradan Novruz bayramında minlərlə rayon sakini iştirak edib.

El bayramına ətraf rayonlardan və Bakıdan qonaqlar təşrif buyurmuşdular. Həmçinin “Qazax Xeyriyyə” İctimai Birliyindən filologiya elmləri doktoru Alxan Bayramov, şairlərdən Rəfail İncəyurd və Vəli Xramçaylı, gənc rəssam Akif Əmirov və digərləri geniş tərkibdə iştirak etmişdilər. Qonaqlar Qazax rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Məmməd Alıyev və aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Novruz şənliyində iştirak etmək üçün Olimpiya İdman Kompleksinə gəliblər.

Bahar qız Məmməd Alıyevə Novruzun rəmzi olan səmənini təqdim etdikdən sonra tədbir start götürüb. Zurnaçıların, aşıqların baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Novruzun rəmzi olan tonqal alovlandırıldıqdan sonra Qazax rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Məmməd Alıyev və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər.

Qazax rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub

Novruz bayramı münasibətilə rayonumuzda ümumrayon şənliyi keçirilib. Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal çatılıb. Rayon sakinlərində xoş əhval-ruhiyyə yaradan Novruz bayramında minlərlə rayon sakini iştirak edib.

Qazax rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Məmməd Alıyev və aparatın məsul işçiləri, Bakıdan gəlmiş qonaqlar, hüquq-mühafizə orqanlarının rəhbərləri Novruz şənliyində iştirak etmək üçün Olimpiya İdman Kompleksinə gəliblər.

Bahar qız Məmməd Alıyevə Novruzun rəmzi olan səmənini təqdim etdikdən sonra tədbir start götürüb. Zurnaçıların, aşıqların baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Novruzun rəmzi olan tonqal alovlandırıldıqdan sonra Qazax rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Məmməd Alıyev və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər.
Qazax rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub
Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin və tamaşaçıların sevincinə səbəb olub.
Qazax rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub
Sonra tədbir Olimpiya İdman Kompleksinin içərisində davam etdirilib.
Aparıcı Afaq Gəncəli konsert proqramını açıq elan edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, rayon sakinlərinə ən xoş arzularını çatdırıb.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından Novruz bayramı münasibətilə xalqımızı, bütün rayon sakinlərini səmimi qəlbdən təbrik edib, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq arzulayıb. Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı bu ən əziz günün – Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzu edib.
Sonra Bakıdan rayonumuza dəvət olunmuş müğənnilər növbə ilə səhnədə yer alıblar.
Respublikanın Xalq artistlərindən Bilal Əliyev və Sabir Əliyevin oxuduğu bahar duyğulu mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra səynəyə qazaxlı aşıqlardan Camoy Qurbanov, Yaşar Gülümcanov və Qoca Ərəbov çıxaraq qədim el havalarını ifa ediblər.

Qazax rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunubƏməkdar artistlərdən İlkin Əhmədov və Elza Seyidcahanın oxuduqları bir-birindən şən, şux mahnılar şənlik iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Gənc ifaçılardan Gülnar İsayeva və Tural Qismətin çıxışları da tamaşaçıların bayram sevincini daha da artırıb.
Qazaxlı meyxanaçılardan Əmir Qazaxlı və Mədət Tənha yeni ifalarını təqdim ediblər.
Tədbirdə əsgərlər müxtəlif hərbi bacarıqlarını nümayiş etdirib, nümunəvi fəndlər göstəriblər.
Qazax rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunubQazax rayon İcra Hakimiyyətinin Bahar bayramı münasibətilə təşkil etdiyi konsert proqramı böyük ruh yüksəkliyi ilə başa çatıb.
Materialda goyezen.az saytının məlumatlarından istifadə olunmuşdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here