“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin genişləndirilmiş iclası keçirilmişdir

0
1788

31 mart 2018-ci ildə “Qazax Xeyriyyə” İctimai Birliyinin Bakı şəhərindəki Cəfər Xəndan küçəsi 19a ünvandakı mərkəzi ofisində Birliyin İdarə Heyətinin genişləndirilmiş iclası keçirilmişdir.

Tədbirdə Birliyin İdarə Heyətinin üzvlərindən akademik Teymur Bünyadov, professor Məhəbbət Dəmirmiyeva, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Vidadi Bayramov, Qasım Abdullayev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, Bəhruz Əliyev, Raliz Qaravəliyev, Yusif Alıyev, Rizvan Qarayev, Qəvvaz Əhmədov, Birliyin üzvlərindən isə Musa Əhmədov, Adil Qasımov, Arif Əliyev, Mədəd Səttarov, Etibar Cəfərov, Fariz Cəbiyev, Yusif Rəhimov, Tural Əliyev, Rafail İncəyurd iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov 31 Mart gününün Azərbaycan xalqının tarixində ağrılı, acılı bir gün olduğunu qeyd edərək, məhz bu tarixin 26 mart 1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmi qeyd edilməsindən və soyqırımın tarixindən bəzi təfərrüatları danışdı. Sonra 31 Mart Soyqırımı qurbanlarının və cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. İ.Pirməmmədov qeyd etdi ki, iclasın gündəliyində duran ilk məsələ Azərbaycanlıların Soyqırımı Gününün qeyd edilməsidir. Buna görə də sözü akademik Teymur Bünyadova verdi. Akademik Teymur Bünyadov soyqırım hadisəsi haqqında geniş məlumat verərərk soyqırıma qədərki və soyqırımdan sonrakı tariximizdən danışdı. Qeyd etdi ki, bu soyqırım hadisəsi həmçinin xalqımızın istiqlaliyyətini əldə etməyə bir vəsilə oldu. Heç bir xalq qırğınsız, qansız-qadasız dövlət qurmayıb. Bizim üçün də həmişə müstəqilliyimiz, istiqlayilyyətimiz uğrunda şəhid olan soydaşlarımızın ruhları daimə əziz və üqəddəsdir. Sonra 31 Mart Soyqırımına siyasi qiymət verilməsindən danışan T.Bünyadov qeyd etdi ki, bu hadisələrin də ilk dəfə rəsmi olaraq siyasi qiymətini ulu öndər Heydər Əliyev verdi. Soyqırım tarixi ölkəmizdə rəsmi olaraq təqvimə salındı. Bu da böyük Heydər Əliyevin tariximizə, xalqımıza olan sevgisindən, məhəbbətindən doğurdu.

Çıxışlardan sonra sədr İ.Pirməmmədov ölkəmizdə Prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat işinin uğurla davam etdiyindən və namizədlər üçün bərabər imkanların yaradılmasından danışaraq qeyd etdi ki, bu gün Azərbaycanda sözün həqiqi mənasında tam şəffaf, demokratik təsisatlar əsasında həmçinin də gözəl seçki mühiti yaradılmışdır. Biz də bir ictimai təşkilat olaraq hər zaman bu prosesləri izləyirik və buna görə də həmişə cənab Prezident İlham Əliyevin siyasi kursunu, dövlətçilik prinsini tam dəstəkləyərək onunla həmrəylik nümayiş etdirərək onun siyasəti ətrafında yumruq kimi birləşmişik.

Akademik Teymur Bünyadov, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Arzuman Abdulkərimov, Bəhruz Əliyev, Qasım Abdullayev, Sultanxanım Nəsibova və digərləri də öz çıxışlarında ölkəmizdə həyata keçirilən böyük inkişaf layihələrindən, məqsədyönlü siyasi uğurlardan, hərbi qüdrətimizin artmasından və demokratik, azad seçki mühitinin yaradılmasından danışaraq seçkilərdə fəal iştirak etməyə və Birliyin üzvlərini bu işlərin mearı, Azərbaycan xalqının əvəzsiz prezidenti cənab İlham Əliyevə səs verməyə dəvət etdilər.

Sonra İ.Pirməmmədov gündəlikdəki digər məsələ haqqında məlumat verdi. Qeyd etdi ki, İctimai Birliyin tərkibində Birliyin Əsasnaməsinə uyğun olaraq müvafiq işçi komissiyaların yaradılması qərara alınmış və İdarə Heyətinin qərarı ilə Təhsil və mədəniyyət komissiyası, Əmək və sosial məsələlər komissiyası, Gənclərlə iş komissiyası, Beynəlxalq əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş komissiyası, Məsləhət və intizam komissiyası, Biznes və sahibkarlarla iş komissiyası, Nəzarət-təftiş komissiyası yaradılmışdır. Hazırkı məqamda isə biz komissiyaların tərkiblərinin müəyyənləşdirilməlisini və üzvlər içərisindən bəzi göstəricilərə görə Komissiya sədrlərinin seçilməsini təkilif eidirik, deyə İ.Pirməmmədov bildirdi. Birliyin üzvləri komissiya üzvlərinin seçilməsində yaradılmış sərbəst və azad seçimə görə İdarə Heyətinə və şəxsən İdarə Heyətinin sədri İ.Pirməmmədova təşəkkürlərini bildirərək, seçdikləri komissiyaların tərkibində fəaliyyət göstərmək istədiklərini bildirdilər. Komissiyaların tərkibləri müəyyənləşdikdən sonra Komissiyanın üzvləri arasından sədrlərin seçilməsi işinin komissiyaların üzvlərinə həvalə olundu.

Bundan başqa “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin Qazaz və Ağstafa rayon İcra Hakimiyyətləri ilə birgə razılaşdırılmış illik fəaliyyət planı da müzakirə edilmiş və təsdiq edilmişdir. Birliyin fəaliyyət planında, həmçinin ölkə Prezidentinin sərəncam və fərmanlarına uyğun olaraq işlərin görülməsi planlaşdırılıb.

Sonda bir neçə cari məsələlər müzakirə edildikdən sonra İ.Pirməmmədov iclasın gündəliyinə uyğun məsələlərin sona çatdığını qeyd edərək, iştirak etdiklərinə görə hər kəsə öz təşəkkürünü bildirdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here