Qazaxda Xalq şairi Səməd Vurğunun anadan olmasının 112 illiyi qeyd olunub

0
1922

Mart ayının 22-də dahi Xalq şairi Səməd Vurğunun anadan olmasının 112 illiyi qeyd olunub.

Xalq şairi Səməd Vurğun yad olunub
Şairin şəhərin mərkəzində ucaldılmış heykəli önündə keçirilən tədbirdə Milli Məclisin deputatı Kamran Nəbizadə, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Rafael Gülməmmədov, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Birliyin üzvü Sultanxanım Nəsibova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Tural Əliyev, gənc rəssam Akif Əmirov, şair Zaməddin Ziyadoğlu iştirak edib.
Tədbir iştirakçıları Səməd Vurğunun heykəli önünə gül-çiçək dəstələri qoyaraq böyük şairin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Göyəzən.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here