Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İLHAM HEYDƏR oğlu ƏLİYEVƏ

0
1585

Möhtərəm cənab Prezident!

11 aprel 2018-ci il tarixində keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan xalqının sabitliyə, təhlükəsizliyə, inkişafa səs verməsi, bütün dünyaya ölkəmizdə demokratiyanın daha bir təntənəsini nümayiş etdirərək hamılıqla Sizi dəstəkləməsi münasibətilə “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin və Birliyin üzvləri adından Sizi ürəkdən təbrik edirik. Ölkəmizdə həyata keçirilən seçkilər bir daha onu göstərdi ki, xalq və iqtidar birliyi Azərbaycanın uğurlarının əsas mənbəyidir. Bu müqəddəs birlik nəticəsində son illər ölkəmiz yalnız iqtisadi, siyasi cəhətdən deyil, həm də cəmiyyətimizin inkişafı baxımından çox tərəqqi etmişdir.

 Hörmətli cənab Prezident,

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanın uğurlu inkişaf strategiyası bu güz Sizin qətiyyətli siyasətiniz, əzmkarlığınız, mükəmməl təşkilatçılıq fəaliyyətiniz sayəsində daha sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Sizin həyata keçirdiyiniz müdrik siyasətin təməlində hər zaman Azərbaycan xalqının rifahı, dövlətin qüdrətli inkişafı dayandığından Sizə ünvanlanan ümumxalq məhəbbəti də təbiidir. Son 15 il ərzində Azərbaycanın dünyanın ən rəqabətqabiliyyətli ölkələrindən birinə çevrilməsi nüfuzlu beynəlxalq iqtisadi mərkəzlər, məşhur iqtisadçılar tərəfindən etiraf olunmaqdadır. Ölkəmiz bu müddət ərzində nəhəng enerji və nəqliyyat layihələrini icra etməyə, Avrasiyanın nəqliyyat və energetika xəritələrinin yenidən tərtib olunması qüdrətinə malik olmuşdur. Sizin ali baş komandanlığınız altında Azərbaycan əsgəri işğal edilmiş torpaqlarımızın bir hissəsini düşməndən azad edərək orada Azərbaycan bayrağını dalğalandırmışdır ki, həmin torpaqlarda da bu il ilk dəfə olaraq prezident seçkiləri keçirilirmişdir. Xalqımız əmindir ki, Sizin həyata keçirdiyiniz böyük siyasətiniz sayəsində işğal altında olan bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaqdır. Biz buna ürəkdən inanırıq. Çünki ölkəmiz dünyanın azsaylı ölkələrindən biri kimi, kosmik dövlətə çevrilmişdir. Bundan başqa Azərbaycanda bütün istiqamətlər üzrə uğurlar qazanılmış, böyük nəticələr əldə edilmişdir. Məhz Sizin Azərbaycan xalqının mənafeyi naminə göstərdiyiniz çoxşaxəli fəaliyyət nəticəsində Azərbaycan güclü, müstəqil siyasət aparan bir dövlət kimi dünyada böyük nüfuz sahibi olmuşdur. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin siyasi kursunu böyük müdrikliklə davam etdirərək Siz onu müasir dövrün real tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına nail olmuşsunuz. Siz praqmatik liderlik keyfiyyətlərinə malik olaraq keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişsiniz. Ötən illərdə regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın minimuma endirilməsinə, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır. Regionların inkişafı xüsusi olaraq ön plana çəkilmişdir. Bu gün respublikamızın hər yerində olduğu kimi Qazax və Ağstafa rayonlarında da həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində bu iki rayon da gözəlləşərək müasir görkəm almışdır. Bundan başqa rayonlarda sənayenin inkişafına, kənd təsərrüfatının dirçəldilməsinə yönəlmiş işlər nəticəsində bölgədə yeni iş yerlərinin açılması sayəsində əhalinin rifah səviyyəsi yüksəlmiş və vətəndaş məmnunuğu formalaşmışdır. Həmçinin ölkəmizdə həyata keçirilən gənclər siyasəti də öz uğurlu bəhrəsini vermiş və verməkdə də davam edir. Müasir düşüncəyə sahib krieativ gənclik yetişdirməyi strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafının təmin edilməsinə, elmimizin, təhsilimizin və mədəniyyətimizin inkişafına, təbliğinə nail olunmuşdur. Xüsusi olaraq neft kapitalını intellekt kapitalına, insan potensialına çevirmək yolunda etdiyiniz çağırışlar elmin və təhsilin inkişafına yeni təkan verirərək, əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur.

 Möhtərəm cənab Prezident!

Ölkəmizdə uğurla həyata keçirilən bütün müsbət dəyişikliklərin əvəzsiz memarı kimi Sizi seçkilərdə qazandığınız bu təbii, həm də olduqca əhəmiyyətli qələbə münasibətilə bir daha təbrik edirik. Azərbaycan Respublikası vətəndaşlarının etimadını növbəti dəfə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz ondan xəbər verir ki, xalqımız növbəti illərdə də inkişafa, uğura, sabitliyə, yüksəlişə, tərəqqiyə səs verdilər. İnşallah bu illər ərzində ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrəti yenə də artacaq və xalqımızın yaralı yeri olan Qarabağ problemi də həll olunacaq. Buna böyük ümid və inam hissi ilə inanırıq. Böyük qələbə uzaqda deyildir və bu qələbəyə Sizin uğurlu siyasətiniz nəticəsində nail olacağıq.

Uğurlu qələbəniz münasibətilə bir daha Sizi təbrik edir, hər bir azərbaycanlının şüurunda vətəni ilə bağlı qürur hissi doğuran müqəddəs hisslər yaratdığınıza görə Sizə minnətdarlığımızı bildirir, cansağlığı, ailə xoşbəxtliyi, güclü, qüdrətli Azərbaycan naminə yorulmaz və fədakar fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə: “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvləri adından

İdarə Heyətinin sədri professor İlham Pirməmmədov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here