Prezident İlham Əliyevin sərəncamı ilə Sabir Məmmədova “Xalq artisti” fəxri adı verilib

0
1698

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 may 2018-ci il tarixdə Sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Akademik Milli Dram Teatrının aktyoru, “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, istedadlı aktyor Sabir Novruz oğlu Məmmədova “Xalq artisti” fəxri adı verilib. 

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyinin üzvləri və Qazax mahalının ziyalıları adından Sabir Məmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə “Xalq artisti” fəxri adının verilməsi münasibətilə Qazax və Ağstafa camaatını, Sabir müəllimin ailəsini, dostlarını, sənət yoldaşlarını ürəkdən təbrik edir. 

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə aktyor Sabir Məmmədova “Xalq artisti” fəxri adının verilməsi münasibətilə öz təşəkkür və minnətdarlıqlarını bildirirlər.

P.S. Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir.

O, 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilmişdir. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirmişdir. Sabir Məmmədov bir çox filmə çəkilmiş, teatrlarda rol aparmış və bir çox filmlərdə öz səs tembrinə uyğun rolları səsləndirmişdir.
Sabir Məmmədov 2002-ci ildən Azərbaycan Respublikasının Əməkdar Artisti, 2010-cu ildə Cəfər Cabbarlı mükafatı laureatı, 6 dəfə Prezident Mükafatçısı (2005, 2012, 2015, 2016, 2017, 2018).

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here