Məti Osmanoğlunun 60 illik yubileyi və kitablarının təqdimatı qeyd edilib

0
1234

İyunun 30-da dahi Səməd Vurğunun Ev-muzeyində “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun anadan olmasının 60 illik yubileyi qeyd edilib. Yubiley tədbiri çərçivəsində, həmçinin alimin “Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı”, “Sözün o üzündə” kitablarının təqdimat mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Nüşabə xanım Vəkilova yubilyar haqqında bilgilər verdikdəın sonra sözü Məti Osmanoöluna verdi. Məti Osmanoğlu keçdiyi həyat yolundan və ədəbiyyatdakı izindən danışaraq iştirakçıları bir-bir təqdim etdi. Daha sonra tədbirin aparıcılığı professor Rüstəm Kamala həvalə edildi.

Rüstəm Kamal Məti Osmanoğlunun geniş ədəbi fəaliyyətindən söz açıb.

Bildirib ki, o, 1958-ci ildə Qazax rayonun Sadıqlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. BDU-nun aspiranturasında təhsil alıb. Jurnalistika fəaliyyətinə tələbə olarkən Azərbaycan Dövlət Radiosunda başlayıb, uzun müddət KİV sahəsində fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş silsilə əsərlər müəllifidir. “Əmir Teymurun vəsiyyətləri”, Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”, Moris Simaşkonun “Sultan Bəybars” əsərlərini dilimizə tərcümə edib. Əli bəy Hüseynzadə ədəbi mükafatının laureatıdır.

Tədbirdə  “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov görkəmli ədəbiyyatşünas alim Məti Osmanoğlu haqqında fikirlərini bildirərək qeyd etdi ki, “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə yaxın günlərdə Məti Osmanoğlunun 60 illik yubiley tədbiri keçiriləcək. İ. Pirməmmədov, həmçinin Məti Osmanoğlunu 60 illik yubileyi və İctimai Birliyin fəaliyyətində yaxından iştirak etdiyinə görə “Qazax Xeyriyyə” İctimai Birliyinın Fəxri Fəranı ilə təltif etdi.

Tədbirdə, həmçinin görkəmli elm adamları ilə yanaşı, sənət adamları, muzey işçiləri, BDU-nun tələbələri və alimin dostları iştirak ediblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here