Yazıçı Varis Yolçuyevin Moskvanın hökumət evində kitabının təqdimatı olub

0
1099

Rusiyanın paytaxtı Moskvada- İctimai Palatada və Moskvanın Hökumət Evində Avrasiya Millətlər Assambleyasının Ali Şurasının növbədənkənar iclası və Rusiya Millətlər Assambleyasının konqresi keçirilib.

Tədbirlər çərçivəsində ədəbiyyat üzrə Avrasiyanın ikinci “LiFFt” Festivallar Festivalının təşkilat komitəsinin mətbuat konfransı da təşkil olunub. Bu il Rusiyanın Soçi şəhərində 37 ölkənin 170 yazıçısının iştirakı ilə keçirilən festivalın qalibi Azərbaycan yazıçısı Varis Yolçuyev olduğu üçün 2019-cu ildə növbəti festivalın qalibin vətənində keçiriləcəyi elan edilib.

AZƏRTAC xəbər verir ki, festivalın Avrasiya üzrə qalibi Varis Yolçuyevin, eləcə də Rusiya üzrə qalibi Nikolay Şamsutdinovun “Qızıl LiFFt” seriyasından çıxmış kitabları ictimaiyyətə və mediaya təqdim edilib. Həmyerlimizin “Metamorfoz” adlı romanı “Qızıl LiFFt” seriyasından Azərbaycan, ingilis və rus dilində çap olunub.

Təqdimatda Avrasiya ölkələri və Rusiyanın ictimai-siyasi, elm, ədəbiyyat xadimləri, diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Avrasiya üzrə birinci “LiFFt” Festivallar Festivalının qalibi məşhur qazax yazıçısı Oljas Süleymenov olub.

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov Birliyin bütün üzvləri adından İctimai Birliyin üzvü Varis Yolçuyevi qazandığı uğurlar münasibətilə təbrik edir, ona gələcək işlərində və yaradıcılığında daha böyük nailiyyətlər arzu edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here