Prezident İlham Əliyevin sərəncamı ilə Məmməd Alıyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir

0
1747

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularına fəxri adların verilməsi haqqında imzaladığı sərəncama əsasən dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Alıyev Məmməd Oruc oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilmişdir.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, Vidadi Bayramov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Məmməd Oruc oğlu Alıyevi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı alması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.

Bununla yanaşı, bu yüksək təltif münasibətilə Qazax rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Rəcəb Babaşovu və Rayon İcra Hakimiyyəti Aparatının işçilərini də ürəkdən təbrik edirik.

P.S. Alıyev Məmməd Oruc oğlu 19 may 1969-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1977-1987-ci illərdə Qazax rayonu Xanlıqlar kənd orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. 1990-1992-ci illərdə Qazax rayon Daxili işlər şöbəsində milis nəfəri işləmişdir. 1992-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil almış və mühasibat uçotu və maliyyə üzrə iqtisadçı ixtisasına yiyələnmişdir. 1992-1999-cu illərdə ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmışdır. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2000-2009-cu illərdə Qazax Rayon İcra Hakimiyyəti Başçısı (RİHB) aparatında iqtisadçı, baş iqtisadçı, baş məsləhətçi vəzifələrində çalışmışdır.
29 mart 2009-cu il tarixdən 01 avqust 2017-ci il tarixədək Qazax RİHB aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 01 avqust 2017-ci il tarixdən hal–hazıradək Qazax Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində işləyir.

Ailəlidir, iki övladı var.

                                          

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here