Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev ümummilli lider Heydər Əliyevin Kiyevdəki abidəsinin, Şəkinin Kiş kəndində yerləşən məşhur norveç səyyahı Tur Heyerdalın tunc heykəlinin, Bakı şəhərindəki Motsart, Zivərbəy Əhmədbəyovun heykəllərinin və “Bakı–Həştərxan dostluq abidəsi”nin müəllifidir. Natiq Əliyev həmçinin, Mexikoda Xocalı, Belqrad şəhərində Heydər Əliyev, serbiyalı yazıçı Milorad Paviçin, Serbiyanin Novi-Sad şəhərində yerləşən görkəmli bəstəkar Üzeyir Hacıbəylinin, Həştərxandakı Knyaz Vladimirin, Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərinin Kral parkındakı Hüseyn Cavid abidəsinin, Ankaranın Kızılcahamam rayonunda ucaldılan Xocalı soyqırımı heykəllərinin müəllifidir.

Monumental heykəltəraşlıqla yanaşı, memorial heykəltəraşlıq da Natiq Əliyevin yaradıcılığında geniş yer tutur. Bu səpkili əsərləri arasında Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşudbanu Natəvan, Cəlil Məmmədquluzadə, Şövkət Ələkbərova, İlyas Əfəndiyev Mirvarid Dilbazinin xatirə lövhələri, eləcə də Fəxri Xiyabanda yerləşən İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz , Bəşir Səfəroğlu və Osman Mirzəyevin, Bəxtiyar Vahabzadənin, doktor Cavad Heyətin, Habil Əliyevin, Zəlimxan Yaqubun, akademik Cəlal Əliyevin və akademik Rəfiqə Əliyevanın məzarüstü abidələrini qeyd etmək olar.

Qeyd edək ki, professor Natiq Əliyev “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində də yaxından iştirak edir. Həmçinin türk dünyasının böyük ozanı, aşıq sənətinin azman sənətkarı Dədə Ədalətin (Aşıq Ədalət Nəsibov) də qəbirüstü abidəsinin müəllifidir. Həyata keçirdiyi böyük və möhtəşəm işlərə görə “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə heykəltəraş Natiq Əliyev 12 iyul 2018-ci il tarixdə İctimai Birliyin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, professor Əhməd Vəliyev, Məmməd Musayev, Vidadi Bayramov, Puşkin Əhmədov, Qasım Abdullayev, Həsrət Pirməmmədov, Arzuman Abdulkərimov, Yusif Alıyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, Məhəbbət Dəmirmiyeva, Labidə Batıyeva və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından hamının sevimlisi, professor Natiq Əliyevi heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilməsi və anadan olımasının 60 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. 

Natiq müəllimə bildiririk ki, biz sizinlə fəxr edirik!!!

P.S. Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini,  1978-1983-cü illərdə V.Muxina adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Məktəbini Fərqlənmə diplomları ilə bitirmişdir. Oxuduğu 1980-1983-cü illərdə Leninqrad Ali Rəssamlıq Məktəbinin Lenin təqaütcüsü olmuşdur.

Onlarca monumental heykəltəraşlıq nümunələri ilə yanaşı, memorial heykəltəraşlıq əsərlərinin müəllifi olmuş Natiq Əliyev bir sıra beynəlxalq və dövlət mükafatları, fəxri adlarla də təltif olunmuşdur.

– Respublika Gənclər Mükafatının laureatı (1989).

– Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatı (2000) .

– Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002).

– Azərbaycan Respublikasının Xalq rəssamı (2005).

– Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008).

– Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı (2008).

– Avstriyanın I-dərəcəli “Cəngavər Ordeni.” (2015).

– “Şöhrət” ordeni (2018).

 Natiq Əliyev hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədridir. 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here