“Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevi doğum günü münasibətilə təbrik edirik

0
1626

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Məhəmməd oğlu Paşayevin doğum günüdür.

Bir-birindən gözəl əsərlər yazmış, əsasən də İraqda yaşayan və sayı 3 milyona yaxın olan İraq türkmanlarının dialekt və folklorunun toplanması, araşdırılması istiqamətində geniş tədqiatları, tənqidi fikirləri və ictimai fəaliyyəti ilə cəmiyyətdə və xüsusən də Azərbaycan ədəbiyyatında özünəməxsus nüfuz qazanan Qəzənfər Paşayev bu gün də yorulmadan elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Həmçinin Qəzənfər Paşayev dəyərli alim, ziyalı kimi daim el-obasının, mahalının təəssübünü çəkən, yurd-yuvasına bağlı bir şəxsiyyətdir. O, müntəzəm olaraq “Qazax Xeyriyyə” İctimai Birliyinin tədbirlərində də yaxından iştirak edən ləyaqətli bir insandır.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, professor Əhməd Vəliyev, Vidadi Bayramov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından hamının sevimlisi, professor Qəzənfər Paşayevi anadan olmasının 81-ci ildönümü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.
Eyni zamanda, Qəzənfər müəllimin ailəsini, qardaşı qızı, millət vəkili Qənirə xanım Paşayevanı, qədirbilən Tovuz mahalının insanlarını və Qəzənfərsevərlərin hər birini ürəkdən təbrik edirik.

P.S. Qəzənfər Məhəmməd oğlu Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub.

1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. 1962-1966 və 1972-1975-ci illərdə İraq Respublikasında tərcüməçi işləmişdir. burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur.

“Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ) fəaliyyət göstərmiş, institututun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005), eyni zamanda, 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Ədəbi-elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların – İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliği xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun “İraq-türkman folkloru” adlı monumental əsəridir. Ə.Bəndəroğlunun “Şah əsər”, prof. M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə tədqiqatçıların diqqət mərkəzində olmuşdur.

«Kərkük bayatıları» (1968), «Arzu-Qənbər dastanı»(1972), «İraq kərkük atalar sözləri»(1978), «İraq kərkük bayatıları» (1984), «Kərkük tapmacaları»(1984), «Kərkük folklor antologiyası» (1987), «Nəsiminin İraq divanı»(1987), «İraq Türkmən folkloru» (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın «Qafqaz səfəri», «Necə yaşayasan yüzü haqlayasan» və b. kitabları Azərbaycan türkcəsinə çevirmişdir.

Q.Paşayev 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri olub.Pedaqoji və elmi kadrların hzırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur.

Uzun müddət Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədr müavini (1990-2003) olmuşdur. 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini şuranın üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir.

Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir.

2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda “İraq-türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır.İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və türkman cəbhəsinin (2003) diplom və yüksək mükafatlarına layiq görülmüşdür.

2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here