15 sentyabr 2018-ci ildə Qazaxda Aşıq Ədalətin qəbirüstü abidəsinin açılış mərasimi keçiriləcəkdir

0
797

Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkarı Aşıq Ədalətin haqqa qovuşmasından bir il keçir. Dədə Ədalət 14 sentyabr 2017-ci ildə haqqın dərgahına qovuşmuşdur. Böyük sənətkarla vida mərasimi Qazax Mədəniyyət Mərkəzində təşkil edilmişdir. Öz vəsiyyətinə uyğun olaraq ustad 15 sentyabr 2017-ci ildə Qazax rayonunda, Ağköynək qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, heykəltəraş, professor Natiq Əliyev tərəfindən ustad aşığın möhtəşəm qəbirüstü abidəsi hazırlanmışdır. Abidənin hazırlanmasına Qazax rayon İcra Hakimiyyəti, ustadın ailə üzvləri, “Qazax Xeyriyyə” İctimai Birliyinin bəzi üzvləri yaxından dəstək olmuşdur.

15 sentyabr 2018-ci il tarixdə Ağköynək kənd qəbiristanlığında ustad Dədə Ədalətin qəbirüstü abidəsinin təntənəli açılışı olacaqır. Tədbirdə “Qazax Xeyriyyə” İctimai Birliyinin geniş tərkibli nümayəndə heyəti iştirak edəcəkdir. Abidənin açılış mərasimindən sonra Qazax şəhərindəki “Gənclər evi”ndə Aşıq Ədalətin anım mərasimi keçiriləcəkdir. Anım tədbirində “Qazax Xeyriyyə” İctimai Birliyinin və Asiqlar Birliyinin birgə dəstəyi ilə Aşıq Ədalətin xatirəsinə hazırlanmış və yenicə çapdan çıxmış 400 səhifəlik “Könül dastanı” adlı nəfis kitabın təqdimatı da keçiriləcək. Kitabda ön səhifələrində ustad haqqında məşhur şəxslərin sözləri verilib. Ondan sonra Aşıq Ədalətin 170-ə qədər şeiri, həmçinin tanınmış şairlər tərəfindən Asıq Ədalətə ithaf edilmiş 200-dən çox şeir və böyük sənətkarın həyatının müxtəlif dövrlərini əhatə edən 100-dən çox şəkil verilmişdir. Kitabın ön sözünün müəllifi akademik Nizami Cəfərov, redaktoru Məhərrəm Qasımlı, tərtibçisi isə Rafail İncəyurddur. Kitabın tədbir iştirakçilarına təqdim olunması nəzərdə tutulur. Tədbirdən sonra Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Ədalətin il mərasimi təşkil ediləcəkdir.

Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here