Aşıq Şaiq İncəlini doğum günü münasibətilə ürəkdən təbrik edirik

0
402

Bu gün Azərbaycan ozan-aşıq sənətinin dəyərli simalarından biri, Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Ozan” Aşıq yarışmasının qalibi, könülləri fəth edən gözəl səs sahibi Aşıq Şaiq İncəlinin (İsayev) doğum günüdür.

Aşıq Şaiq İncəli bir-birindən gözəl saz havalarının və bu havalara uyğun mahnıların müəllifidir. Aşıq Şaiq “Qazax Xeyriyyə” İctimai Birliyinin bütün tədbirləində yaxından iştirak edir.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Vidadi Bayramov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov İctimai Birliyin bütün üzvləri adından hamının sevimlisi Aşıq Şaiq İsayevi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.

P.S. Şaiq Mədəd oğlu İsayev 23 sentyabr 1964-cü ildə Kəmərli kəndində dünyaya göz açıb. Kəmərli kənd orta məktəbini bitirib. Uşaqlıqdan saz sənətinin sirlərini atası Mədəd kişdən öyrənib. Sonra  Aşıq Avdı, Aşıq Calal və Aşıq Sadıqdan dərs alaraq aşıq sənətinin dərinliklərinə yiyələnib.

2012-ci ildə “Ozan” aşıq müsabiqəsinin birinci yer qalibi olaraq “Qızıl saz” mükafatına sahib olmuşdur.

Ailəlidir. İki oğlu, iki qızı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here