Qazaxda Aşıq Ədalətin ildönümü ilə bağlı yas mərasımi təşkil olunub

0
1478

Sentyabr ayının 15-də Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil etmiş, YUNESKO tərəfindən ifaları ayrıca lentə alınmış, aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilmiş, Əməkdar incəsənət xadimi fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, haqqında kitablar yazılmış, filmlər çəkilmiş Ədalət Nəsibovun vəfatının birinci ildönümü qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax Xeyriyyə” İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşığın doğulub boya-başa çatdığı və dəfn olunduğu Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında qəbirüstü abidəsinin təntənəli açılışından sonra mərasim iştirakçıları “Fəxri qazaxlılar” parkını da ziyarət etdikdən sonra vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın da xatirəsi yad etmək üçün Şəhidlər Xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri qoyub, şəhidlərə olan ehtiramlarını bildiriblər. Sonra M.Hüseyn adına məktəb-liseyin, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin və S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər oxuyublar.

Sonra qonaqlar ustad aşıq Dədə Ədalətin ildönümü münasibətilə Mədəniyyət Mərkəzinin qarşısında açılmış ehsan süfrəsində iştirak ediblər. Ölməz sənətkarın ruhuna dua oxunub, əziz xatirəsi dərin hörmətlə yad olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here