Akademik Nizami Cəfərovun 59 yaşı tamam olub

0
987

Sentyabr ayının 21-də Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Nizami Qulu oğlu Cəfərovun doğum günüdür.

Tədqiqatları Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı, XVIII əsr Azərbaycan ədəbi dili, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunan Nizami Cəfərov bütün dönəmlərdə elmə, təhsilə, el-obasına bağlı bir alim kimi tanaınır. Yüzlərlə elmi, elmi-publisistik əsərlərin müəllifi, 5 monoqrafiyanın müəllifi olan Nizami Cəfərovun əsərləri həmçinin dünyanın bir çox ölkələrində çap olunur. 

Akademik Nizami Cəfərov daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir insandır.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə,  akademik Şahin Mustafayev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından hamının sevimlisi, akademik Nizami Cəfərovu 59 yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. 

P.S. Nizami Qulu oğlu Cəfərov 21 sentyabr 1959-cu ildə Ağstafa (Qazax) rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri olmuşdur.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. 2017-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Nizami Cəfərov elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Preziddntinin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Nizami Cəfərov 108 saylı Ağstafa seçki dairəsindən (II (2000-ci il), III (2005-ci il), IV çağırış (2010-cu il) və V çağırış (2015-ci il) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədri olmuşdur. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Rus, ingilis və fars dillərini bilir.

Evlidir, 2 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here