Prezident İlham Əliyevin sərəncamları ilə Qazaxlı müəllimlər təltif ediliblər

0
2917

Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncamlar imzalamışdır.

Həmin sərəncamlara uyğun olaraq Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin ingilis dili müəllimi Tahirə Oruc qızı Xasməmmədovaya “Əməkdar müəllim” fəxri adı verilmiş;

Qazax şəhər N.Vəliyev adına 5 saylı tam orta məktəbin fizika müəllimi Yasəmən Naib qızı Qayayeva isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlari ilə Tahirə Xasməmmədovanı “Əməkdar müəllim” fəxri adı alması, Yasəmən Qayayevanı isə “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edir, onlara can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır. 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here