Bu gün Yazıçılar Birliyinin üzvü Salatın Əhmədlinin doğum günüdür

0
1090

Bu gün ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Döş nişanı” ilə təltif edilmiş, “Qızıl Qələm” və “Cəfər Cabbarlı” mükafatları laureatı Salatın Alı qızı Əhmədlinin doğum günüdür. 

Dosent Salatın Əhmədli çoxlu sayda elmi, elmi-publisistik əsərlərin, kitabların, ulu öndər Heydər Əliyev haqqında dəyərli monoqrafiyanın müəllifi olan Salatın Əhmədlinin əsərləri, həmçinin dünyanın bir çox ölkələrində çap olunur. Oktyabr ayının 9-da Salatın Əhmədli apardığı elmi-tədqiqat işlərinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ixtisaslaşmış Dissertasiya Şurasında filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı uğurla müdafiə etmişdir. 

Salatın xanım da daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir insan kimi hər kəsin dərin hörmət və ehtiramını qazanmışdır.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə,  akademik Şahin Mustafayev, akademik Nizami Cəfərov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından hamının sevimlisi, Salatın Əhmədlini doğum günü və filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işi müdafiə etməsi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. 

P.S. Salatın Alı qızı Əhmədli 18 oktyabr 1956-cı ildə Qazax rayonunun (indiki Ağstafa rayonu) Poylu qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinini filologiya ixtisası üzrə bitirmişdir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimidir. Hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Azərbaycan dili və pedogika” kafedrasının müdiri vəzifəsində işləyir.

“Kitab Evi” İctimai Birliyinin sədridir. Eyni zamanda, “Məhsəti” şairlər Məclisinin “Məhsəti” jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli “Turan” Qadınlar Mərkəzinin, “Bura Vətəndir” və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar “Тuran” Qadınlar mərkəzinin xətti və “Kazım Qara Bəkir Paşa” vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olmuşdur.

S.Əhmədlinin 2008-ci ildə “Xalq şairi Nəriman Həsənzadəyə Poylu beşiyimdən məktub” (I-II nəşr), “Səfərnamə”, “Ömrünü Qazaxda yaşayan şair”, “Həcc ziyarəti”, “Hüseyn Cavidin ev muzeyi”, “Sənsiz” (tərtibçi), “Azərbaycan Poeziya çələngi” (iki müəlliflə), “Məhsəti” Ensiklopedik Toplu (iki müəlliflə), “XIX əsr Azərbaycan ədəbiyyatı” I cild, “Poeziya” (iki müəlliflə), “Şairlər vətəni bizim tərəflər” (Antologiya, iki müəlliflə) kitabları və “Heydər Əliyevin dil siyasəti” monoqrafıyası işıq üzü görmüşdür.

“Heydər Əliyevin dil siyasəyi” kitabı Türkiyədə çap olunmuşdur. Xeyli sayda elmi və publisistik məqalələri xaricdə və respublikanın dövrü mətbuatında çap edilmişdir.

2010-cu ildə “Heydər Əliyevin dil siyasəti” mövzusunda dissertasiya müdafıə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. Yaradıcılıq xidmətlərinə görə ictimai təşkilatların “Qızıl Qələm” və “Cəfər Cabbarlı” mükafatlarına layiq görülmüşdür.

Ailəlidir. Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşıdır, iki övladı və beş nəvəsi vardır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here