Professor Məhəbbət Dəmirçiyevanı doğum günü münasibətilə təbrik edirik

0
1746

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Müklü hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyevanın doğum günüdür.

Professor Məhəbbət Dəmirçiyeva ömrünün gözəl illərini elmə, təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Onun əsas elmi tədqiqat sahəsi ailə hüququ və mülkü hüquq sahəsinə aid olduğundan onu cəmiyyətdə, sosial sferada daha yaxşı tanıyırlar. O, mütəmadi olaraq mətbuatda, televiziya və radioda tez-tez çıxışlar edərək sadə vətəndaşların üzləşdikləri problemlərlə bağlı qanunvericiliklə tənzimlənən məsələlərdən danışır, ona ünvanlanan çoxsaylı suallara və problemlərə aydınlıq gətirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər dövlət qurumları ilə və ölkədə fəaliyyət göstərən QHT-lərlə birgə proqramlar hazırlayıb layihələr həyata keçirir. Bu tip layihələrin və proqramların həyata keçirilməsi zamanı hüquqi məsələlərdə, elmi mülahizələrdə daim öz kömək və məsləhətlərini əsirgəməyən professor Məhəbbət xanım Dəmirçiyeva hər zaman öz aktivliyi ilə fərqlənən alimlərdən olub.

Həmçinin Məhəbbət Dəmirçiyeva daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir insan kimi hər kəsin dərin hörmət və ehtiramını qazanmışdır. Buna görə də 2017-ci ildə “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə professor Məhəbbət Dəmirçiyevanın 60 illik yubileyinin qeyd edilməsi qərara alınmışdır. Onun yubileyi yüksək səviyyədə təşkil olunmuş və “Qazax Xeyriyyə” İctimai Birliyinin “Fəxri fərman”ı ilə təltif olunmuşdur.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə,  akademik Nizami Cəfərov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Məhəbbət Dəmirçiyevanı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. 

Şərəfli alim ömrü - FOTO

P.S. 

Məhəbbət Dəmirçiyeva 10 noyabr 1957-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. O, 1964-1974-cü illərdə Daş Salahlı kəndində 1 №-li orta məktəbində oxumuşdur.
1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.
1981-1987-ci illərdə Türkmənistan SSR Nebet-Daq şəhərində gənc mütəxəssis kimi çalışmışdır.
O, 1996-cı ildə Tbilisi Dövlət Universitetində «Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.

2003-cü ildə yenidən Tbilisi Dövlət Universitetində «Azərbaycan Respublikasında nigah hüquq münasibətlərinin aktual problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və 2008-ci ildə isə AR Prezidenti yanında AAK-sı tərəfindən nostrifikasiya olunmuşdur.
Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq müdiri və kafedranın professoru vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here